Braziliyadan çətin qələbə
DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasında mübarizə davam edir.
QELEBE.AZ xəbər verir ki, XIII turun üç matçı keçirilib.
Paraqvay Çilini minimal hesabla məğlub edib - 1:0. Peru isə Boliviyaya 3:1 hesabı ilə qalib gəlib.
Günün mərkəzi matçı isə Braziliyada baş tutub. Pentakampeonlar Kolumbiyanı Rafinya və Vinisius Juniorun qolları ilə məğlub ediblər - 2:1.
Qeyd edək ki, bu gün Ekvador Venesuelanı, Uruqvay isə Argentinanı qəbul edəcək.

https://qelebe.az//uploads/photo/braziliyadan-chetin-qelebe.webp