UFC Bakıda keçirilə bilər

UFC Bakıda keçirilə bilər

Azərbaycanda ilk dəfə UFC döyüşləri üzrə yarış keçirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ariel Helvani sosial şəbəkədə paylaşım edib.

O, paylaşımında UFC-də çıxış edən azərbaycanlı boksçu Rafael Fiziyevi qeyd edərək yazıb: "UFC Azərbaycandan debüt yarışının keçirilməsi istiqamətində danışıqları yekunlaşdırmağa çox yaxındır".

Qeyd edək ki, turnirin paytaxtımızda iyunun 21-də təşkili gözlənilir.