Millətlər Liqası: Macarıstan hesabı bərabərləşdirdi - YENİLƏNİR

Millətlər Liqası: Macarıstan hesabı bərabərləşdirdi - YENİLƏNİR

Bu gün Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start veriləcək.

Apasport.az xəbər verir ki, 12 cütdə ilk oyunlar keçiriləcək.

Mükafat uğrunda mübarizə aparan A Liqasının ən güclü 8 komandası 1/4 finalda üz-üzə gələcək.

“Dördlər finalı”na vəsiqə qazanmağa çalışan yığmalar həm də DÇ-2026-nın seçmə mərhələsindəki yerlərini müəyyənləşdirəcəklər. Azərbaycan millisinin qrupuna düşəcək komanda Fransa ilə Xorvatiya arasında matçlarda bəlli olacaq.

A Liqasının üçüncüləri ilə B Liqasının ikincilərinin pley-offunda ilk qarşılaşmalar keçiriləcək. Türkiyə yığması Macarıstanla üz-üzə gələcək. 

Millətlər Liqası
20 mart
1/4 final, ilk oyunlar

23:45. Niderland – İspaniya
23:45. Xorvatiya – Fransa
23:45. Danimarka – Portuqaliya
23:45. İtaliya – Almaniya

A Liqasına vəsiqə uğrunda pley-off
21:00. Türkiyə - Macarıstan 1:1
23:45. Ukrayna – Belçika
23:45. Avstriya – Serbiya
23:45. Yunanıstan – Şotlandiya

B Liqasına vəsiqə uğrunda pley-off
21:00. Ermənistan – Gürcüstan 0:2
23:45. Kosovo – İslandiya
23:45. Bolqarıstan – İrlandiya
23:45. Slovakiya – Sloveniya

Qeyd edək ki, cavab oyunları martın 23-də keçiriləcək.