"Neftçi"nin qapıçısı 2 oyunluq cəzalanıb
AFFA İntizam Komitəsinin iclası keçirilib.
QELEBE.AZ xəbər verir ki, "Neftçi-2"nin qolkiperi Rəvan Kazımov 2 oyunluq cəzalandırılıb.
Buna Əvəzedicilər liqasının XXVII turunun “Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Neftçi-2” komandasının qapıçısının təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
“Neftçi-2” komandası isə 200 manat cərimələnib.

https://qelebe.az//uploads/photo/quotneftchiquotnin-qapichisi-2-oyunluq-cezalanib.webp