Azərbaycanda yeni basketbol liqası yaradıldı

Azərbaycanda yeni basketbol liqası yaradıldı

Azərbaycanda basketbol üzrə daha bir yarışa start verilib.

QELEBE.AZ xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidməti açıqlayıb.

Basketbolçu oğlanlar arasında U-12 liqası başlayıb. Liqanın reqlamentinə əsasən Azərbaycan Basketbol Liqasında (ABL) iştirak edən 12 klubun U-12 komandası çempionluq uğrunda mübarizə aparır.

Klublar ABL-də olduğu kimi iki qrupda yarışırlar:

A qrupu: "Sabah", "Naxçıvan", "Neftçi", "Abşeron", "Sərhədçi", NTD.

B qrupu: "Gəncə", "Şəki", "Ordu", "Sumqayıt", "Quba", "Lənkəran".

Dairəvi sistemlə iki dövrəli, 10 turdan ibarət olan müntəzəm çempionatı öz qruplarında 1-ci və 2-ci pillədə tamamlayan klublar 1/4 finala vəsiqə qazanacaqlar. Qruplarda 3-cü, 4-cü, 5-ci və 6-cı sıranı tutmuş klublar isə pley-in oyunlarında iştirak edərək, pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, U-12 liqasının oyunları Azərbaycan Texniki Universiteti ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçirilir.