Millimiz yenə məğlub oldu

Millimiz yenə məğlub oldu

Kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan milisi də növbəti matçına çıxıb.

Komandamız 5-8-ci yerlər uğrunda matçda Paraqvayla qarşılaşıb.

Lakin bu görüş də yığmamız üçün uğursuz keçib. Millimiz 12 xal fərqi ilə məğlub olub – 22:34.

Qeyd edək ki, komandamız sabah 7-ci yer uğrunda qarşılaşmada Moldova – Kipr duelinin uduzanı ilə qarşılaşacaq.