Okan Buruk mükafatlandırılıb

Okan Buruk mükafatlandırılıb

Türkiyə Super Liqasında XXVIII tura start verilib.

QELEBE.AZ xəbər verir ki, açılış matçında "Qalatasaray" öz meydanında "Antalyaspor"u qəbul edir.

"Sarı-qırmızı"ların baş məşqçisi Okan Buruk üçün bu matç əlamətdar olub.

Belə ki, o, komandanın sükanı arxasında 100-cü Super Liqa matçına çıxıb.

Bu münasibətlə təcrübəli mütəxəssis oyun öncəsi mükafatlandırılıb.

Qeyd edək ki, hazırda davam edən görüş 0:0 hesabı ilə bərabərliklə davam edir.