Ançelotti Qvardiolanı qabaqladı - ÇL-də yeni rekord
"Real Madrid" Çempionlar Liqasında 1/4 finala yüksəlib.
Apasport.az xəbər verir ki, Karlo Ançelottinin komandası "Atletiko Madrid"i penaltilər seriyasında məğlub edib.
Ançelotti bu matçda yeni rekorda imza atıb. Belə ki, o, Çempionlar Liqasının 1/4 finalına ən çox çıxan baş məşqçidir.
İtaliyalı 15-ci dəfədir ki, buna nail olur. Ançelottidən sonra Xosep Qvardiola ikinci pillədə yer alıb. Qvardiolanın komandası 14 dəfə turnirin 1/4 finala yüksəlib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında "Real Madrid" "Arsenal"la qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/anchelotti-qvardiolani-qabaqladi-chl-de-yeni-rekord.webp