Rafinya Neymarı geridə qoydu
“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Benfika”nı məğlub edib – 3:1.
QELEBE.AZ xəbər verir ki, görüşdə kataloniyalıların qollarından birini Rafinya vurub.
O, bu mövsüm turnirdə 11-ci dəfə fərqlənib.
Rafinya turnir tarixində bir mövsümdə ən çox qol vuran braziliyalı oyunçu olub.
Daha əvvəl Rivaldo, Neymar, Kaka, Firmino və Jardel 10 qol vurub.

https://qelebe.az//uploads/photo/rafinya-neymari-geride-qoydu.webp