“Liverpul”da ciddi İTKİ
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları çərçivəsində "Liverpul" öz meydanında PSJ-ni qəbul edir.
QELEBE.AZ xəbər verir ki, mersisaydılar ciddi itki ilə üzləşib.
Meydan sahiblərinin müdafiəçisi Trent Alesandr-Arnold sıradan çıxıb.
İngiltərəli oyunçu matçın 73-cü dəqiqəsində zədələnərək meydanı tərk etməyə məcbur olub.
Qeyd edək ki, Premyer Liqa təmsilçisi davam edən görüşdə 0:1 hesabı ilə geridədir.

https://qelebe.az//uploads/photo/liverpulda-ciddi-itki.webp