Azərbaycan millisinin futzalçısı: "İlk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik"

Azərbaycan millisinin futzalçısı: "İlk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik"

İlk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik.

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycan futzal millisinin üzvü Kənan Manafov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O, AVRO-2026-nın əsas mərhələsində səfərdə Yunanıstana qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb:

“Normal hazırlıq keçmişik. Komandada vəziyyət yaxşıdır. Zədəli və bəzi problemlərə görə kollektivə qoşula bilməyən futzalçılarımız oldu. Onların yoxluğuna baxmayaraq, çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə dönək. Rəqibi yaxşı tanıyırıq. Son oyunumuzu da onlara qarşı keçirmişik. Bakıdakı matçda hesabı açan tərəf olsaq da, sonradan məğlub duruma düşdük. Halbuki bir neçə epizodda fərqi artıra bilərdik. Əvəzində son dəqiqədə bərabərlik qolunu vurduq".

Futzalçı Yunanıstan yığmasının onlardan fərqli olaraq martda artıq bir oyun keçirdiyini vurğulayıb:

"Onlar Xorvatiya millisi ilə qarşılaşıblar. Qrupun favoritinə minimal hesabla yeniliblər. Ümumilikdə biz onları, onlar da bizi yaxşı tanıyır. Baş məşqçimiz sabahkı oyunda müdafiədə və hücumda necə oynamalı olduğumuzu deyəcək. Əslində, məşq prosesində bunun üzərində işləmişik. Son təlimatları oyunöncəsi məşqdə alacağıq".

K.Manafov komandanın dünən səhər saatlarında Afinaya çatdığını xatırladıb:

"İlk məşqimizi oyunun keçiriləcəyi arenada deyil, başqa məkanda reallaşdırdıq. Bu məşq daha çox uzaq səfərdən sonra bərpa xarakteri daşıyırdı. Yenə deyirəm, məqsəd aydındır. Cari seçmə mərhələdə ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik. Yunanıstan yığması da yaxşı rəqibdir. Xüsusilə də müdafiədə keyfiyyətli oynayırlar”.

Qeyd edək ki, Yunanıstan - Azərbaycan matçı martın 11-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Futbol
Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Futbol
Azərbaycan klublarının avrokuboklardakı bombardirlərinin siyahısında dəyişiklik olub

Azərbaycan klublarının avrokuboklardakı bombardirlərinin siyahısında dəyişiklik olub

Futbol
2022-ci ilin simvolik komandası açıqlanıb

2022-ci ilin simvolik komandası açıqlanıb

Futbol
Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Futbol
“Qarabağ” dünya reytinqində 8 pillə irəliləyib

“Qarabağ” dünya reytinqində 8 pillə irəliləyib

Futbol
Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Futbol
Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Futbol
Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Futbol
"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

Futbol
"Frayburq"un qapıçısı "Qarabağ"dan buraxdığı qolun günahını topda görüb

"Frayburq"un qapıçısı "Qarabağ"dan buraxdığı qolun günahını topda görüb

Futbol
Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı olub

Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı olub

Futbol
FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb