Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək 

Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək 

Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında 16-17 mart tarixlərində avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Yeniyetmə və gənclər arasında baş tutacaq turnir Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Azərbaycan birinciliyində 2007-2012-ci il təvəllüdlü 100-dən çox idmançı müxtəlif yaş kateqoriyalarında akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar. İdmançılar akademik növdə 1,2 və 4 nəfərlik qayıqlarda 500, 1000 və 1500 metr, 1 nəfərlik kanoedə 200, 500 və 1000 metr, 1,2 və 4 nəfərlik kayakda 200, 500 və 1000 metr məsafədə medal qazanmağa çalışacaqlar. Qeyd edək ki, ilk dəfə olaraq ölkədaxili turnirlərdə 4 nəfərlik kayak qayığında yarışlar keçiriləcək. 

Qaliblər diplom və medallarla mükafatlandırılacaq.