Süleymanlıdan növbəti heç-heçə
Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turniri davam edir.
QELEBE.AZ xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı VII turda rusiyalı Maksim Samuşenko ilə qarşılaşıb.
Şahmatçımız ağ fiqurlarla heç-heçə edib. Aydın 7 turda 4 xal toplayıb və 55-ci yerdə qərarlaşıb.
Digər təmsilçimiz Rəvan Əliyev Polina Şuvalova (Rusiya) ilə dueldə texniki məğlubiyyət alıb. O, Aydından 1 xal az toplayıb və 94-cü yerdədir.
Qeyd edək ki, VII tur təkhakimiyyətliliklə yekunlaşıb. Qələbə ilə xal hesabını 6-ya yüksəldən Yan Nepomnyaşi (Rusiya) digər şahmatçıları arxada qoyub.

https://qelebe.az//uploads/photo/suleymanlidan-novbeti-hech-heche.webp