Çempionlar Liqası: Noyer qol sevinci zamanı zədələndi

Çempionlar Liqası: Noyer qol sevinci zamanı zədələndi

"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bayer"lə matçında zədələnib. 

QELEBE.AZ xəbər verir ki, 38 yaşlı almaniyalı qol sevinci zamanı sıradan çıxıb. 

Belə ki, təcrübəli qolkiper Bavyera təmsilçisinin 2-ci qolunu qeyd edərkən budunda ağrı hiss edib. 

Qarşılaşmaya davam edə bilməyən Noyeri 21 yaşlı Jonas Urbiq əvəzləyib. 

Qeyd edək ki, görüş "Bavariya"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.