Azərbaycanlı idmançıya 5 illik qadağa
Azərbaycan samboçusu Ramil Vəliyev cəzası məlum olub.
QELEBE.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) məlumat yayıb.
Qurum döyüş samboçusunu 5 il müddətinə diskvalifikasiya edib. Buna idmançının antidopinq qaydalarını pozması səbəb olub. 2022-ci ilin sentyabrında Avropa çempionatı zamanı verdiyi testdə qadağan olunmuş maddə tapılan Vəliyevin cəzası həmin il oktyabrın 28-dən hesablanır.
O, yarışlara 2027-ci ilin oktyabrın 27-də qayıda biləcək.

https://qelebe.az//uploads/photo/azerbaycanli-idmanchiya-5-illik-qadaga.webp