NTD-dən evdə inamlı qələbə
Bu gün Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.
QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
Yeganə qarşılaşma A qrupunda baş tutub.
NTD "Naxçıvan"la üz-üzə gəlib.
Bərabər səviyyədə keçən görüşün son periodunda meydan sahibləri üstünlüyə yiyələniblər. NTD ardıcıl ikinci qələbəsini qazanıb.
Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XVII tur
7 mart
A qrupu
19:00. NTD – "Naxçıvan" - 85:78 (21:15, 22:26, 23:24, 19:13)

https://qelebe.az//uploads/photo/ntd-den-evde-inamli-qelebe.webp