Texniki məğlubiyyət alan “Ağdaş”ın baş məşqçisi: “Allaha yalvarmalıydıq ki, gün çıxsın, qar ərisin?"

Texniki məğlubiyyət alan “Ağdaş”ın baş məşqçisi: “Allaha yalvarmalıydıq ki, gün çıxsın, qar ərisin?"

Azərbaycanın II Liqasında mübarizə aparan “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov XIV turda “Şimal”la baş tutmalı olan oyun üçün stadionu hazır vəziyyətə gətirmədiklərinə görə texniki məğlubiyyət almalarından narazı qalıb.

Mütəxəssis "QELEBE.AZ"a açıqlamasında AFFA İntizam Komitəsinin qərarı ilə razılaşmadıqlarını söyləyib.

“İntizam Komitəsinin qərarında yazıblar ki, qarı təmizləməyə cəhd göstərməmişik. Nə etməli idik? Allaha yalvarmalıydıq ki, gün çıxsın, qar ərisin? Apellyasiya şikayəti vermək istəyirdik. Amma bunun üçün müəyyən ödəniş olunmalıdır. Çıxılmaz durumda qalmışıq. Əslində, qərarla barışmırıq, amma addım da ata bilmirik”, - deyə R.Hüseynov vurğulayıb.

O, durumu detallı şəkildə izah edib:

“Əslində, "Şimal” komandası ilə oyun fevralın 25-də keçirilməli idi. Həmin vaxt Ağdaşa qar yağmamışdı, meydan hazır vəziyyətdə idi. Amma baxış keçirmədən oyunu martın 1-nə təxirə saldılar. Oyundan bir gün əvvəl stadiona getdim. Meydan xətləndi, qapı torları asıldı. Bütün bunları özümüz etdik. Sonda şəkillər çəkildi və meydanın hazır olması ilə bağlı AFFA-ya məlumat verildi. Səhəri gün Ağdaşa qar yağdı. Hansı ki, rayonda hələ belə vəziyyət görməmişdim. Hətta bəzi yerlərdə qarın hündürlüyü 1 metrə çatırdı. Buna baxmayaraq, PFL-in təlimatına əsasən qırmızı top tapdıq və xətləriin üzərini qardan təmizlədik. Hakim isə bütün meydanın təmizlənməsini tələb etdi və əks halda oyunun keçirilməyəcəyini dedi. Meydanda tonlarla qar var idi. Düzdür, traktor da vermişdilər. Amma meydan yumşaq olduğundan texnika vasitəsilə təmizləmək mümkün olmadı. Bütün cəhdlərimizə baxmayaraq, oyunu təxirə salmadılar. Hətta “Qəbələ”nin meydanını icarəyə götürməyi təklif etsək də, razılaşmadılar”.

Qeyd edək ki, martın 1-də keçirilməli olan “Ağdaş” – “Şimal” oyunu stadionun vaxtında hazır vəziyyətə gətirilmədiyinə, oyun günü planı pozulduğuna, AFFA nümayəndəsinin tələbləri yerinə yetirilmədiyinə, eyni zamanda görüşün başlama saatından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobili olmadığına görə baş tutmadığı üçün meydan sahibi kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. “Ağdaş” həmçinin 250 manat cərimələnib.

Futbol
İlin 9 ayı ərzində çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub

İlin 9 ayı ərzində çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub

Futbol
“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

Futbol
Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Futbol
"Qarabağ"ın sabiq rəqibi baş məşqçisini istefaya göndərib

"Qarabağ"ın sabiq rəqibi baş məşqçisini istefaya göndərib

Futbol
Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Futbol
Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Futbol
Azərbaycanın veteran futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu vəfat edib

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Futbol
“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları açıqlanıb

“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları açıqlanıb

Futbol
Bu gün Azərbaycan derbisi keçiriləcək

Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol
29 günlük futbol bayramı başlayır

29 günlük futbol bayramı başlayır

Futbol
“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər