ABL: Bu gün daha iki oyun keçiriləcək
Azərbaycan Basketbol Liqasının XV turunda bu gün daha iki oyun keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, hər iki qarşılaşma B qrupunda baş tutacaq.
“Ordu” klubu “Sərhədçi” İdman Mərkəzində “Quba” ilə üz-üzə gələcək.
Digər matç Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. “Sumqayıt” doğma meydanda “Gəncə” ilə qarşılaşacaq.
Hər iki görüş saat 19:00-da başlayacaq.

https://qelebe.az//uploads/photo/abl-bu-gun-daha-iki-oyun-kechirilecek.webp