BOK-un prezidenti istefa verib
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax istefa verib.
QELEBE.AZ xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Baxın qərarı BOK-un İcraiyyə Şurası tərəfindən qəbul edilib.
Qərar iyunun 23-dən, Tomas Bax öz səlahiyyətlərini yeni prezidentə təhvil verdikdən sonra qüvvəyə minəcək. Monreal-1976 Olimpiadasının qılıncoynatma yarışlarının çempionu 2013-cü ildən BOK-a rəhbərlik edib.
Qeyd edək ki, təşkilata prezident seçkiləri martın 18-21-də Afinada keçiriləcək konqresdə baş tutacaq.

https://qelebe.az//uploads/photo/bok-un-prezidenti-istefa-verib.webp