Azərbaycan Cüdo Federasiyasının rəsmisi: "Kişilərdən ibarət yığma "Böyük Dəbilqə"də gözlənilən nəticəni göstərdi"

Azərbaycan Cüdo Federasiyasının rəsmisi: "Kişilərdən ibarət yığma "Böyük Dəbilqə"də gözlənilən nəticəni göstərdi"

Ümumilikdə götürsək, kişilərdən ibarət yığma "Böyük Dəbilqə"də gözlənilən nəticəni göstərdi.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

Qurum rəsmisi komandanın orta səviyyədə çıxış etdiyini bildirib:

“Hesab edirik ki, komanda ümumilikdə orta səviyyədə çıxış etdi. Nəzərə alaq ki, Hidayət Heydərov, Zelim Kotsoyev, Elcan Hacıyev, Turan Bayramov, Vüqar Talıbov, Murad Fətiyev və bir sıra idmançılarımız zədə və müxtəlif səbəblərdən bu yarışda iştirak etmirdilər. Ona görə də əvvəlki illərə nisbətən daha zəif çıxış etdik. Ümumilikdə götürsək, kişilərdən ibarət yığma gözlənilən nəticəni göstərdi. Təbii ki, bəzi idmançılar öz üzərlərində işləməlidirlər. “Böyük Dəbilqə” həm də daha böyük yarışlara hazırlıq üçün sınaqdır. Çatışmazlıqları görürük və növbəti mərhələlərdə onları aradan qaldırmaq üçün işimizi davam etdirəcəyik”.

İcraçı vitse-prezident təşkilatçılığın yüksək səviyyədə olmasının arxasında böyük komanda işi dayandığını söyləyib:

“Azərbaycan Cüdo Federasiyasının istər “Böyük Dəbilqə”, istər regional və ölkədaxili, istərsə də digər beynəlxalq səviyyədə yarışları təşkil etmək üçün böyük təcrübəsi var. Bu sahədə çalışan böyük komandamız var. Beynəlxalq Cüdo Federasiyası ilə qarşılıqlı əməkdaşlıq edirik. Qeyd etdiyiniz kimi, federasiya rəsmi saytı vasitəsilə həmişə olduğu kimi ən yaxşı tədbirlərdən birinin keçirildiyini vurğulayıb. Hər il təşkilatçılıq səviyyəsini daha da artırırıq. Bunun arxasında böyük komanda işi dayanır. Təxminən 250-300 insan çalışır. Bu, federasiyanın və tərəfdaş təşkilatların birgə əməyinin nəticəsidir”.

R.Rəsullu dünya çempionatını da yüksək səviyyədə təşkil edəcəklərinə əmindir:

“Qarşıdan dünya çempionatı gəlir. “Böyük Dəbilqə” bizm üçün bir test yarışı oldu. Əminik ki, dünya çempionatını da yüksək səviyyədə keçirəcəyik”.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçirilib. Azərbaycan cüdoçuları yarışı 5 medalla başa vurublar. Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş, Vüsal Qələndərzadə (73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medala sahib çıxıblar. Azərbaycan turnirdə 32 idmançı ilə təmsil olunub.

Fərdi
Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Fərdi
Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Fərdi
Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Fərdi
AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

Fərdi
Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Fərdi
Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Azərbaycan Qış İdman Növləri Federasiyasının akkreditasiyası təsdiqlənib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır

Fərdi
Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Fərdi
Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Fərdi
Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib