Misrətdin İskəndərov: "Klassik şahmatda Teymur Rəcəbova uduzmayacağımı düşünürdüm"

Misrətdin İskəndərov: "Klassik şahmatda Teymur Rəcəbova uduzmayacağımı düşünürdüm"

Üçüncü yer uğrunda görüşün yaxşı keçəcəyini, klassik şahmatda uduzmayacağımı düşünürdüm.

Bu fikirləri "QELEBE.AZ"a açıqlamasında şahmat üzrə Azərbaycan çempionatının bürünc mükafatçısı Misrətdin İskəndərov deyib.

30 yaşlı qrossmeyster Teymur Rəcəbovun səhhətindəki problemə görə üçüncü yer uğrunda görüşə qatılmamasına münasibət bildirib:

"Daha əvvəl onunla qarşılaşmamışam. Yarımfinalda Şəhriyar Məmmədyarova uduzsam da, bu görüşdən sonra özümə inamım artdı. Yaxşı oynamışdım. Növbəti dueldə də özümə inanırdım. Fikrimcə, oyun tay-brekə qədər davam edəcəkdi".

M.İskəndərov tarixin ən güclü Azərbaycan çempionatının keçirildiyini söyləyib:

"Bu qədər güclü şahmatçının qatıldığı turnir olmayıb. Yarış mənim üçün uğurlu alındı. Reytinqdə məndən yuxarıda olanlara qalib gələ bildim. Yarımfinalda Şəhriyara yenildim. Üçüncü yer uğrunda Teymur Rəcəbovla oynamaq istəyirdim. Amma səhhətindəki problemə görə oynaya bilmədi. Bu səbəbdən üçüncü yeri tutdum".

O, qarşıdakı hədəflərindən də söz açıb:

"Bu yarışdakı nəticəyə əsasən Avropa çempionatına vəsiqə qazandım. Martda Rumıniyada keçiriləcək kişilərin şəxsi Avropa çempionatında mübarizə aparacağam. Orada uğurlu çıxış edərək, Dünya Kubokuna vəsiqə qazanmaq istəyirəm".

Fərdi
Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Fərdi
Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Fərdi
Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Fərdi
Rəşad Nəbiyev Avropa çempionatında medal qazanan cüdoçularla görüşüb

Rəşad Nəbiyev Avropa çempionatında medal qazanan cüdoçularla görüşüb

Fərdi
Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Fərdi
Cüdo üzrə Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlanıb

Cüdo üzrə Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlanıb

Fərdi
Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Fərdi
Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

Fərdi
"Shusha Chess 2022" turnirinin püşkü atılıb

"Shusha Chess 2022" turnirinin püşkü atılıb

Fərdi
Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Fərdi
Elxan Məmmədov: "Gənc cüdoçularımız böyüklərdən ibarət milliyə rəqabət verəcəklər"

Elxan Məmmədov: "Gənc cüdoçularımız böyüklərdən ibarət milliyə rəqabət verəcəklər"