Azərbaycanın daha iki böyük şəhərində Boks Mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycanın daha iki böyük şəhərində Boks Mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycanın daha daha iki böyük şəhərində Boks Mərkəzi fəaliyyətə başlayacaq.

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov məlumat verib.

Qurum rəsmisi Sumqayıtda artıq belə bir mərkəzin fəaliyyətə başladığını bildirib:

"Azərbaycanın daha iki böyük şəhərində - Lənkəran və Gəncədə bu il ərzində böyük boks mərkəzləri fəaliyyətə başlamalıdır. Sumqayıtda isə artıq belə bir mərkəz açmışıq”.

O, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinin ötən gün açılışı olan boks zalı ilə bağlı təəssüratlarını da bölüşüb:

“İki il əvvəl də Cəlilabadda olmuşdum. Son vaxtlar yaranan problemlər səbəbindən nəticələri zəif idi. Zallarını əllərindən almışdılar. Sonradan yeni zal açmaları barədə məlumat verdilər. Getdik, problemlərini də öyrəndik. Bir ilə yaxın zalsız qalmışdılar, küçədə məşq edirdilər. İndi icarəyə yeni zal götürüblər, məni də açılış üçün dəvət etmişdilər. Zalda şərait yaxşıdır, idmançıları, məşqçiləri var. Onlara tövsiyələrimi verdim”.

Mütəxəssis rayonda boksa böyük marağın olduğunu vurğulayıb:

“Potensialları ilə tanış oldum. Ənənələri var, SSRİ dönəmində yığma üzvlərinin əksəriyyəti məhz Cəlilabaddan idi. Bölgədə boksa maraq böyükdür. Cəlilabadda boksun təməlini Əhməd Fərəcov qoyub. 2022-2023-cü illərdə rayonda yeniyetmə və gənc boksçuların sayı çox idi. İki il əvvəl yeniyetmələrin ölkə birinciliyində 5 medal qazanmışdılar. Mükafatlardan biri qızıl, ikisi gümüş, ikisi isə bürünc idi. Hazırda təxminən 50-yə yaxın boksçuları var”.

Qeyd edək ki, ötən gün Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinin boks zalının açılışı olub.

Fərdi
Kolumbiyalı boksçu döyüşdən sonra komaya düşüb

Kolumbiyalı boksçu döyüşdən sonra komaya düşüb

Fərdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Fərdi
Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin reqlamenti açıqlanıb

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin reqlamenti açıqlanıb

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Fərdi
Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Fərdi
Azərbaycanın bədii gimnastları Tbilisidə 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar

Azərbaycanın bədii gimnastları Tbilisidə 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar

Fərdi
Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Fərdi
Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub