“Neftçi” PFK və “Palms Sports” arasında sponsorluq müqaviləsi imzalanıb

“Neftçi” PFK və “Palms Sports” arasında sponsorluq müqaviləsi imzalanıb

“Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında beşillik sponsorluq müqaviləsi imzalanıb.

"Report"un məlumatına görə, 2025-2030-cu illəri əhatə edən müqaviləyə əsasən, “Palms Sports” “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzinin adlandırma hüquqlarını əldə edib.

Yeni adlar tərəfdaşların ortaq qərarı ilə müəyyən ediləcək və xəritələr, naviqasiya əlavələri ilə bütün rəsmi platformalarda yenilənəcək.

“Neftçi” PFK-nın A komandasının 2025-2030-cu illər arasındakı bütün rəsmi və yoldaşlıq oyunlarında “Palms Sports” loqolarından biri 2025/2026 mövsümünün başlanğıcından etibarən formaların ön tərəfində yer alacaq. Loqolar oyun formalarından əlavə, məşq ləvazimatlarında və azarkeş məhsullarında da istifadə olunacaq.

Bu sponsorluq müqaviləsi yalnız “Neftçi” PFK-nın maliyyə davamlılığını artırmayacaq, həmçinin klubun beynəlxalq miqyasda daha çox tanınmasına kömək edəcək. Uzunmüddətli iş birliyi modeli həm brendlər, həm də klub üçün möhkəm təməllər atmağı hədəfləyir.

“Palms Sports” International Holding Company (IHC) şirkətinin bir müəssisəsi olaraq 2011-ci ildə yaradılıb və mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən idman menecmenti və təlim şirkətidir. IHC-Palms Sports son illərdə bir çox yeni strateji tərəfdaşlıqlar imzalayaraq brendin idman və biznes sahəsində nüfuzunu dəfələrlə artırıb.

Qeyd edək ki, tədbirdə “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer, klubun İdarə Heyətinin üzvü Emin Əmrullayev və "Palms Ports"un icraçı direktoru Fouad Darviş iştirak ediblər.

Futbol
Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Futbol
Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Futbol
Messi Ronaldoya çatıb

Messi Ronaldoya çatıb

Futbol
Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Futbol
“Sokrates kuboku”nun ilk qalibi bilinib

“Sokrates kuboku”nun ilk qalibi bilinib

Futbol
Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Futbol
“Sabah” və “Şamaxı”nın futbolçuları iki oyunluq cəzalandırılıblar

“Sabah” və “Şamaxı”nın futbolçuları iki oyunluq cəzalandırılıblar

Futbol
DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

Futbol
"Sabah"ın qapıçısı Azərbaycan çempionatlarında əsrin rekordunu müəyyənləşdirib

"Sabah"ın qapıçısı Azərbaycan çempionatlarında əsrin rekordunu müəyyənləşdirib

Futbol
Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Futbol
Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Futbol
"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib