Azərbaycan millisinin sabiq baş məşqçisi: “U-21-in ötən tsikldəki rəqibləri daha güclü idi”

Azərbaycan millisinin sabiq baş məşqçisi: “U-21-in ötən tsikldəki rəqibləri daha güclü idi”

U-21-in ötən tsikldəki rəqibləri daha güclü idi.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət mllisinin sabiq baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərlə bağlı fkirlərini bölüşərkən deyib.

Mütəxəssis rəqiblərdən bəzilərinin elə də yüksək səviyyədə olmadığını söyləyib:

“Püşkatmada zəif rəqiblər olmur. Bəzi komandalar futbol baxımından bizdən öndədirlər. Müqayisə etsək, məncə, U-21-in ötən tsikldəki rəqibləri daha güclü idi. Məsələn, indi qrupumuza düşən Bolqarıstanla Bakıda yolaşlıq matçı keçirmişdik. Yüksək səviyyədə deyillər. Həmçinin Cəbəllütariq də güclü deyil. Ötən tsikldə qrupumuzda olan Lüksemburq Cəbəllütariqdən daha güclü rəqib idi. İngiltərə, Ukrayna, Serbiya da daha səviyyəli komandalar idi. Əlbəttə, Portuqaliya və Çexiya da güclüdür. Səhv etmirəmsə, Çexiya Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Daim bu mərhələlərdə oynayan komandalardır”.

S.Əliyev Azərbaycanın U-21 millisinin durumundan çox şey asılı olduğunu vurğulayıb:

“Aydın məsələdir ki, Cəbəllütariqi bizlə müqayisə etmək olmaz. Amma bu rəqibə də hörmətlə yanaşmalıyıq və indidən 6 xalın cibimizdə olduğunu düşünməməliyik. Düzdür, indiki durumda bu qrupda ciddi nəticə qazanmaq çətindir. Bununla belə, komandaya ötən tsikldə beynəlxalq təcrübə qazandırmışıq. Fikrimcə, bunun futbolçulara köməyi olacaq”.

Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsinin B qrupunda Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq komandaları ilə mübarizə aparacaq. Yarışın final mərhələsi isə 2027-ci ildə Serbiya və Albaniyada təşkil olunacaq.

Futbol
Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Futbol
La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

Futbol
"Qarabağ"ın sabiq rəqibi baş məşqçisini istefaya göndərib

"Qarabağ"ın sabiq rəqibi baş məşqçisini istefaya göndərib

Futbol
DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

Futbol
“Liverpul”un hücumçusu Ronaldu ilə komanda yoldaşı olur

“Liverpul”un hücumçusu Ronaldu ilə komanda yoldaşı olur

Futbol
İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

Futbol
Azərbaycan Kuboku: “Neftçi” “Zirə”yə qalib gələrək yarımfinala yüksəlib

Azərbaycan Kuboku: “Neftçi” “Zirə”yə qalib gələrək yarımfinala yüksəlib

Futbol
Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Futbol
A Seriyası: “Roma” “Verona”nı məğlub edib

A Seriyası: “Roma” “Verona”nı məğlub edib

Futbol
DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

Futbol
Xorvatiyalı müdafiəçi dopinqə görə futboldan kənarlaşdırılıb

Xorvatiyalı müdafiəçi dopinqə görə futboldan kənarlaşdırılıb