Azərbaycan millisinin baş məşqçisi: “Hədəf yaxşı çıxış etmək və nəticə qazanmaqdır”

Azərbaycan millisinin baş məşqçisi: “Hədəf yaxşı çıxış etmək və nəticə qazanmaqdır”

Hədəf yaxşı çıxış etmək və nəticə qazanmaqdır.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi İlham Yadullayev deyib.

AFFA-nın İcraiyyə Komitəsinin ötən gün keçirilən iclasında müqavilə müddəti may ayına qədər uzadılan mütəxəssis qarşıdakı hədəflərlə bağlı sualı cavablandırıb:

“Müqavilə müddəti mayın 1-nə qədər uzadıldı. Martda beynəlxalq turnirdə iştirak edəcəyik. Avropa çempionatının ikinci mərhələsində Albaniya və Uels milliləri ilə qarşılşacağıq. Buna qədər isə Belarusda İnkişaf turnirində mübarizə aparacağıq. Hədəflər həmişəki kimi yaxşı çıxış etmək və nəticə qazanmaqdır. İnanıram ki, öhdəsindən gələrik. Belarusda hazırlıqlar fevralın 11-də, oyunlar isə 16-da başlayacaq. Rəhbərliklə qarşıda duran məqsədlərlə bağlı hələ söhbətimiz olmayıb”.

Baş məşqçi martda keçiriləcək Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinə hazırlıqlar üçün heyətə yeni futbolçular dəvət olunacağını söyləyib:

“Noyabrdan bəri toplanış olmamışdı. Sadəcə, Azərbaycan çempionatını izləyirik. Xaricdə oynayan futbolçularla bağlı da bacardığımız qədər çox informasiya almağa çalışırıq. Çox güman, Belarusda təşkil olunacaq turnirə bir neçə yeni futbolçu dəvət edəcəyik. Orada komandanın durumuna baxacağıq və üzərində işləməli olduğumuz məqamları müəyyənləşdirib martda keçiriləcək Avropa çempionatına optimal heyətlə getməyə çalışacağıq”.

İ.Yadullayev Belarusda keçiriləcək İnkişaf turnirində yığmanın rəqiblərinin müəyyənləşdiyini bildirib:

“Belarusdakı turnirdə rəqiblərimiz bəllidir. Komandalar iki qrupda mübarizə aparacaq. Bizim qrupda Belarus millisi, həmçinin bu yığmaya namizəd olan futbolçulardan ibarət komanda və Özbəkistan yer alıb. Digər qrupda isə Rusiya, Qazaxıstan, İran və səhv etmirəmsə, Tacikistan milliləri mübarizə aparacaq. Yeni oyunçuları bu turnirdə yoxlayacağıq. Xaricdən, “Marcet” akademiyasında çıxış edən futbolçularımızı çağıracağıq. Bir də “Krasnodar”dan (Rusiya) bir futbolçunu yoxlamaq niyyətindəyik”.

Qeyd edək ki, B Liqasının VI qrupunda yer alan U-17 Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsində Albaniya və Uels yığmaları ilə mübarizə aparacaq. Bu mərhələnin oyunları martda Albaniyada keçiriləcək.

Futbol
Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Futbol
KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

Futbol
Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Futbol
Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Futbol
Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Futbol
Oliver Birhoff Almaniya millisindən istefa verib

Oliver Birhoff Almaniya millisindən istefa verib

Futbol
Qurban Qurbanov: "Olimpiakos" bu matça son şans kimi baxır"

Qurban Qurbanov: "Olimpiakos" bu matça son şans kimi baxır"

Futbol
AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

Futbol
Türkiyə millisində baş məşqçi ilə bağlı qərar açıqlanıb

Türkiyə millisində baş məşqçi ilə bağlı qərar açıqlanıb

Futbol
"Araz-Naxçıvan"ın baş məqşçisi: "Ən yaxşı oyunumuzu keçirdik"

"Araz-Naxçıvan"ın baş məqşçisi: "Ən yaxşı oyunumuzu keçirdik"

Futbol
La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

Futbol
Dünya çempionatının favoriti bəlli olub

Dünya çempionatının favoriti bəlli olub