PFL prezidenti: "Latviya Virsliqasının rəhbəri ilə görüş çox məhsuldar alındı"

PFL prezidenti: "Latviya Virsliqasının rəhbəri ilə görüş çox məhsuldar alındı"

Latviya Virsliqasının prezidenti Maksim Krivuneçlə görüş çox məhsuldar alındı.

Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov deyib.

PFL rəhbəri qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşlə yanaşı, “Səbail” – “Kəpəz” və “Qarabağ” – “Turan Tovuz” matçlarını stadionda canlı izlədiklərini və bu görüşün onda xoş təəssüratlar yaratdığını bildirib:

"Son pillələrdə olan klubların matçını, stadionun gözəlliyini qeyd edən qonağımız Latviya çempionatı ilə müqayisədə Azərbaycan çempionatında son yerlərdə qərarlaşan komandaların daha güclü olduğunu vurğuladı. İkinci görüşdə isə komandaların gücü və keyfiyyətini xüsusi qeyd etdi. Yeganə mənfi hal kimi tamaşaçı azlığını göstərən M.Krivuneç görüşə yutubda 11000-dən çox insanın canlı baxmasının çox yaxşı göstərici olduğunu bildirdi. O, çempionatın, oyunların təşkilati məsələlərindən məmnunluğunu ifadə etdi. Hətta bu barədə mediaya müsahibəsində də bildirib. Oyunların PFL-in baza sistemi üzərindən baş tutması, bütün protokolların elektron olması, AFFA nümayəndəsi hesabatlarının tam olaraq UEFA standartlarına cavab verməsi qonağımızın marağına səbəb oldu. Latviyaya qayıtdıqdan sonra bu sahədəki sistemi öz ölkələrində tətbiq etməyə çalışacağını qeyd etdi".

E.Səmədovun sözlərinə görə, M.Krivuneçin diqqətini çempionatımızın çəkilişi ilə saytı da xüsusi cəlb edib:

"Yayım hüququndan gəlirin az olmasına baxmayaraq, yayım gəlirinin çox olduğu bir sıra ölkələrdən daha yaxşı təşkilatçılığı vurğulayan Maksimin Peşəkar Futbol Liqasının rəsmi saytının nəfis tərtibatını, həmçinin xeyli informasiya və arxivi özündə cəmləməsini, yaxşı mənada təəccübünü qeyd etməsi bizim üçün də çox xoş oldu. Yekunda çempionatlarımız arasında təcrübə mübadiləsinin daha geniş şəkildə həyata keçirilməsinin labüdlüyü qeyd olundu. M.Krivuneçin simasında Latviya Virsliqası Avropa Peşəkar Futbol Liqalarının (EPFL – European Professional Football Leagues) üzvüdür. Üzvü olduğumuz təşkilatın digər üzvləri ilə sıx əlaqələrin qurulması hamımızın marağındadır. Yeri gəlmişkən, bir sıra dəvətlər də oldu ki, bunlardan biri də Dünya Liqaları Assosiasiyasına üzv olmaq idi. 40-dan çox ölkənin birləşdiyi bu qurum beynəlxalq əlaqələrimizin güclənməsində, çempionatımızın beynəlxalq təcrübədən fayda əldə etməsində mühüm rol oynaya bilər".

Futbol
"Kəpəz" əvəzedici komandaya göndərilən 3 futbolçu ilə müqaviləni pozur

"Kəpəz" əvəzedici komandaya göndərilən 3 futbolçu ilə müqaviləni pozur

Futbol
“Sabah” klubunun heyətində ilk dəfə bir futbolçu het-trik edib

“Sabah” klubunun heyətində ilk dəfə bir futbolçu het-trik edib

Futbol
Bundesliqa: Mönhenqladbax "Borussiya"sı "RB Leypsiq"i məğlub edib

Bundesliqa: Mönhenqladbax "Borussiya"sı "RB Leypsiq"i məğlub edib

Futbol
Aftandil Hacıyev: “Neftçi” “Qarabağ”dan üstündür”

Aftandil Hacıyev: “Neftçi” “Qarabağ”dan üstündür”

Futbol
"Mançester Yunayted"in baş məşqçisi Ronaldunu bağışlamaq üçün şərtlərini açıqlayıb

"Mançester Yunayted"in baş məşqçisi Ronaldunu bağışlamaq üçün şərtlərini açıqlayıb

Futbol
Azərbaycan Premyer Liqası: “Zirə” səfərdə “Sumqayıt”a qalib gəlib

Azərbaycan Premyer Liqası: “Zirə” səfərdə “Sumqayıt”a qalib gəlib

Futbol
“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

Futbol
"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

Futbol
Ucarın mərkəzi stadionunda oturacaqlar dağılıb, yardımçı bina talan edilib

Ucarın mərkəzi stadionunda oturacaqlar dağılıb, yardımçı bina talan edilib

Futbol
Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Futbol
Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"

Futbol
"Nant" Bakıya səfər öncəsi məğlub olub

"Nant" Bakıya səfər öncəsi məğlub olub