"Sabah"ın yamaykalı legioneri: "Berezutskinin futbolçulara yanaşma tərzi fərqlidir" - MÜSAHİBƏ

"Sabah"ın yamaykalı legioneri: "Berezutskinin futbolçulara yanaşma tərzi fərqlidir" - MÜSAHİBƏ

Sabah"ın yamaykalı futbolçusu Kahim Parris "QELEBE.AZ"a müsahibə verib. Yarımmüdafiəçi ötən tur qarşılaşdıqları "Sumqayıt" ilə oyundan və qaçırdığı qol epizodundan danışıb. O, yeni baş məşqçi Vasili Berezutskinin fəaliyyətinə də toxunub.

- "Sabah"ın qış hazırlıq prosesi necə keçdi?
- Çox gərgin işlər gördük. Çalışdıq ki, mövsümün ikinci yarısına ciddi hazırlaşaq və düşünürəm, buna nail olduq. Xüsusilə fiziki hazırlığa önəm verirdik. Baxmayaraq ki, fasilədən sonra iki dəfə heç-heçə etmişik. Qarşıdakı turlarda qələbələr qazanacağımıza şübhə etmirəm.

- Vasili Berezutski iki aydır “Sabah”ın baş məşqçisidir. Onun gəlişindən sonra nələr dəyişdi?
- Onun komandaya gəlişi çox şeyi dəyişdi. Berezutski "Sabah"ı oyunlara xüsusi motivasiya ilə hazırlayır. Bundan başqa, onun futbolçulara yanaşma tərzi də fərqlidir. Oyunçularla özünəxas şəkildə münasibət qurur. İnanıram ki, "Sabah" onun rəhbərliyi altında uğur qazana biləcək.

- Premyer Liqanın XX turunda "Sumqayıt"la heç-heçəyə (0:0) razılaşdınız. Bu oyunla bağlı nə deyə bilərsiniz?
- Tam olaraq üstünlüyümüz şəraitində keçən bir qarşılaşma idi. Demək olar ki, meydanda diqtə edən tərəf idik. Lakin görüş ərzində 1 qol vura bilməməyimiz bizi çox məyus etdi. Həmin matçda 2 xal itirdik.

- Meydana sonradan çıxsanız da, qol vurmaq üçün real şans əldə etdiniz. Bununla belə, fərqlənə bilmədiniz. Həmin epizodla bağlı düşüncələriniz necədir?
- Əslində hər epizodda özümü qol vurmaq üçün hazır hiss edirəm. Lakin "Sumqayıt"la matçda hücumda istədiyimiz qədər kəsərli ola bilmədik. Mənim epizoduma gəlincə, zərbəni endirdim, rəqip qapıçı topu məharətlə qaytardı.


- "Sabah"ın cari mövsüm avrokuboklara düşmək şansını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, şansımız yüksəkdir. Qarşıda hələ bizi çox oyun gözləyir. Mövsümün sonuna qədər bir çox dəyişikliklər baş verə bilər. Düşünürəm ki, qazanacağımız qələbələrlə "Sabah" turnir cədvəlində üst pillələrə yüksələcək. Üzərimizdə heç bir təzyiq yoxdur. Bütün oyunlara xüsusi diqqətlə yanaşırıq.

- “Qarabağ”da forma geyinən Olavio Juninyo uğurlu çıxışdan sonra Braziliyanın "Flamenqo" klubuna transfer olundu. Avropadan və ya başqa qitənin komandasından təklif alsanız, qəbul edərsiniz?
- Hazırda dediyiniz səviyyədə heç bir təklif almamışam. Ona görə də bu barədə heç nə düşünmürəm. Bütün diqqətimi "Sabah"ın oyunlarına yönəltmişəm. Çalışıram ki, çıxış etdiyim kollektivə maksimum xeyir verim.

Futbol
DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

Futbol
Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Futbol
DÇ-2022: Azərbaycan millisinin sabiq baş məşqçisi rekordçular arasında

DÇ-2022: Azərbaycan millisinin sabiq baş məşqçisi rekordçular arasında

Futbol
"Sabah" komandası Premyer Liqada yubiley qələbəsini qazanıb

"Sabah" komandası Premyer Liqada yubiley qələbəsini qazanıb

Futbol
"Sumqayıt"ın baş məşqçisi: "Bu görüşü azarkeşlər də bəyəndi"

"Sumqayıt"ın baş məşqçisi: "Bu görüşü azarkeşlər də bəyəndi"

Futbol
Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Futbol
İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

Futbol
29 günlük futbol bayramı başlayır

29 günlük futbol bayramı başlayır

Futbol
"Səbail" klubu yeni hücumçu transfer edib

"Səbail" klubu yeni hücumçu transfer edib

Futbol
Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Futbol
Premyer Liqa: İlin son matçında dörd qol vurulub, dörd qırmızı vərəqə göstərilib

Premyer Liqa: İlin son matçında dörd qol vurulub, dörd qırmızı vərəqə göstərilib

Futbol
"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"