Azərbaycan millisinin futzalçısı: "Xorvatiya ilə matçda yaxşı nəticə qazanmaq istəyirik"

Azərbaycan millisinin futzalçısı: "Xorvatiya ilə matçda yaxşı nəticə qazanmaq istəyirik"

Rəqibin güclü olduğunu dərk edirik, ancaq biz də yaxşı nəticə qazanmaq istəyirik.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov səfərdə Xorvatiyaya qarşı keçirəcəkləri Avropa çempionatının əsas mərhələsinin oyunundan əvvəl federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, qrupun favoritinə qarşı mübarizə aparacaqlarını bildirib:

“Bakıda iki gün ərzində 4 məşq keçirdik. Vaxt az olsa da, məşqçinin dediklərini yerinə yetirməyə çalışdıq. Dünən isə oyunun keçiriləcəyi arenada ilk hazırlığımızı reallaşdırdıq. Bugünkü məşqlə matça hazırlığı yekunlaşdıracağıq. Təbii ki, bu müddət ərzində daha çox taktiki planda tapşırıqları yerinə yetirdik. Qalır bunları oyunda tətbiq etmək. Xorvatiya millisinin gücü hər kəsə məlumdur. Müdafiədə və hücumda kompakt oynayırlar. Texniki baxımdan da seçilirlər. Sonuncu dünya çempionatının final mərhələsində də iştirak ediblər. Bir sözlə, qrupun favoritinə qarşı oynayacağıq".

T.Mikayılov yaxşı kollektivlərinin olduğunu vurğulayıb:

"Ölkə çempionatının oyunlarında seçilən, fərqlənən futzalçıların hamısı heyətə cəlb olub. Zədə səbəbindən 1-2 futzalçımız kənarda qalıb. Komandamız təcrübəli və gənc futzalçıların vəhdətindən formalaşıb. Rəqibin güclü olduğunu dərk edirik, ancaq biz də yaxşı nəticə qazanmaq istəyirik. Qalır oyun zamanı bu istəyimizi reallaşdırmaq. Baş məşqçi rəqibi təhlil edib, zəif və güclü tərəflərini deyəcək”.

Qeyd edək ki, yanvarın 31-də Xorvatiyanın qonağı olacaq Azərbaycan millisi fevralın 4-də Bakıda Yunanıstanı qəbul edəcək.

Futbol
Afrikalı futbolçu "Neftçi" ilə vidalaşıb

Afrikalı futbolçu "Neftçi" ilə vidalaşıb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Futbol
"Qarabağ"ın rəqibi bir neçə futbolçunu əsas komandadan kənarlaşdıracaq

"Qarabağ"ın rəqibi bir neçə futbolçunu əsas komandadan kənarlaşdıracaq

Futbol
DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

Futbol
Rusiya millisi məşhur şirkətin geyimlərindən imtina edir

Rusiya millisi məşhur şirkətin geyimlərindən imtina edir

Futbol
“Qarabağ” – “Nant” oyununun hakimləri bəlli olub

“Qarabağ” – “Nant” oyununun hakimləri bəlli olub

Futbol
“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

Futbol
UEFA "Qarabağ"a yarım milyon avro ödəniş edib

UEFA "Qarabağ"a yarım milyon avro ödəniş edib

Futbol
"Barselona" La Liqanı məhkəməyə verib

"Barselona" La Liqanı məhkəməyə verib

Futbol
Fərid Qayıbov: "Qarabağ" və milli komanda bizi sevindirdi"

Fərid Qayıbov: "Qarabağ" və milli komanda bizi sevindirdi"

Futbol
Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"

Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"

Futbol
Neymar məhkəmədə ifadə verib

Neymar məhkəmədə ifadə verib