“Liverpul”un yarımmüdafiəçisi klubu tərk edəcəyinə dair yayılmış şayiələrə aydınlıq gətirib

“Liverpul”un yarımmüdafiəçisi klubu tərk edəcəyinə dair yayılmış şayiələrə aydınlıq gətirib

“Liverpul”un hücumameyilli yarımmüdafiəçisi Harvi Elliot yay transfer pəncərəsində klubu tərk edəcəyinə dair yayılmış şayiələrə aydınlıq gətirib.

“Report” xəbər verir ki, bu barədə 21 yaşlı futbolçu “Daily Mail”in idman müxbiri Lyuis Stilin müvafiq sualını cavablandırarkən danışıb.

“Liverpul” mənim klubum, mənim komandamdır. Burada öz yerim, komandadakı öz mövqeyim uğrunda mübarizə aparmaq istəyirəm”, – o deyib.

İdmançı təslim olmayacağını, mübarizə aparacağını vurğulayıb: “Mən buna nail olmaq üçün səy göstərməli, inadla çalışmalı və istəkli olmalıyam. Mən təslim olmayacağam, mübarizə aparmağa davam edəcəyəm”.

O, öz şansını gözləyəcəyini, komandasına “bacardığı qədər” yardımçı olacağına söz verib: “Nə vaxt lazım olsam, şansımı gözləyirəm. Mövsümün başlanğıcında zədələndiyimə görə kənarda qaldım. Dərhal meydana çıxıb oynamağı gözləmirəm, lakin komandama bacardığım qədər kömək etmək istəyirəm. Məqsədim kömək etmək və əlimdən gələni etməkdir”.

Qeyd edək ki, Harvi Elliott 2019-cu ildə “Fulhem”dən “Liverpul”a keçib. O, əsas komandada 16 yaşında debüt edərək klubun tarixində buna nail olmuş ən gənc oyunçulardan biri olub.

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istefa verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istefa verib

Futbol
Argentina millisi dünya rekordunu təkrarlaya bilməyib

Argentina millisi dünya rekordunu təkrarlaya bilməyib

Futbol
Canni de Byazinin Azərbaycan yığması ilə müqaviləsi başa çatıb

Canni de Byazinin Azərbaycan yığması ilə müqaviləsi başa çatıb

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

Futbol
Məşhur futbolçunun qardaşı həbs edilib

Məşhur futbolçunun qardaşı həbs edilib

Futbol
Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Futbol
Əliyar Ağayev: "Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi"

Əliyar Ağayev: "Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi"

Futbol
Yusuf Lavalın Portuqaliya klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub

Yusuf Lavalın Portuqaliya klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub

Futbol
"Sürix" klubunun yeni baş məşqçisi bəlli olub

"Sürix" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
Kriştianu Ronaldu "Real Madrid"in bazasında məşq edir

Kriştianu Ronaldu "Real Madrid"in bazasında məşq edir

Futbol
“Böyük beşlik” liqaları dekabrın sonundan başlayacaq

“Böyük beşlik” liqaları dekabrın sonundan başlayacaq

Futbol
Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib