Baş katib: "Azərbaycanda keçiriləcək dünya çempionatında sumoçularımızın qızıl medallar qazanacaqlarına inanırıq"

Baş katib: "Azərbaycanda keçiriləcək dünya çempionatında sumoçularımızın qızıl medallar qazanacaqlarına inanırıq"

Azərbaycanda keçiriləcək mundialda sumoçularımızın qızıl medallar qazanacaqlarına inanırıq.

Bunu “Report”a açıqlamasında Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş katibi Elşad Kərimov 2026-cı ildə ölkədə baş tutacaq sumo üzrə dünya çempionatı ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi yarışın harada keçiriləcəyinin hələ müəyyənləşmədiyini bildirib:

“Beynəlxalq Sumo Federesiyasının İdarə Heyətinin Polşada keçirilən iclasında namizəd ölkələrin təqdimatı olmuşdu. Sonuncu dəfə Azərbaycan və Brazilya arasında mübarizədə səs çoxluğu ilə ölkəmiz qalib gəldi. Çempionat 2026-cı ilin sentyabrında təşkil olunacaq. Hazırlıqlara gələn aydan start veriləcək. Yarışın harada keçiriləcəyinə gəlincə, bununla bağlı danışıqlar gedir və qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”.

O, dünya çempionatında Azərbaycanın neçə idmançı ilə təmsil olunacağı barədə sualı da cavablandırıb:

“Dünya çempionatında iştirak edəcək idmançılar bu il ərzində müxtəlif beynəlxalq və yerli turnirlərdə qeydə alınacaq nəticələrə əsasən müəyyənləşəcək. Neçə idmançı ilə təmsil olunacağımız haqda indidən proqnoz vermək çətindir. İndiyə qədər sumo üzrə dünya çempionumuz olmayıb. Azərbaycanda keçiriləcək mundialda sumoçularımızın qızıl medallar qazanacaqlarına inanırıq. Dünya çempionatına qədər isə sumoçuların müxtəlif təlim-məşq toplanışlarında, yerli və beynəlxalq yarışlarda iştirakı gözlənilir”.

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Fərdi
Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Fərdi
Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Fərdi
Milli Gimnastika Arenasında bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir

Milli Gimnastika Arenasında bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir

Fərdi
Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Fərdi
Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Fərdi
MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

Fərdi
"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

Fərdi
Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Fərdi
Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Fərdi
Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır