“Turan Tovuz”un kapitanı: “Baş məşqçimizin həddindən çox yeni istəkləri var”

“Turan Tovuz”un kapitanı: “Baş məşqçimizin həddindən çox yeni istəkləri var”

Baş məşqçimizin həddindən çox yeni istəkləri var.

Bunu “Report”a açıqlamasında “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev komandanın Antalyadakı təlim-məşq toplanışını və Rumıniyanın “Qloriya” klubuna qarşı keçirdikləri yoldaşlıq matçını (0:2) dəyərləndirərkən deyib.

32 yaşlı müdafiəçi hər hissədə fərqli heyətlə meydana çıxdıqlarını söyləyib:

“Ağır yükləmələr və məşqlərdən sonra oynadıq. İlk matç həmişə çətin olur. Baxmayaraq ki, hər hissədə fərqli heyətlə meydana çıxdıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Yorğunluq hiss olunurdu. Yoldaşlıq görüşündə nəticə vacib olmasa da, istədiklərini həyata keçirməyə çalışırsan. Məşqlərə başladığımız müddət ərzində üzərində işlədiyimiz taktikanı oyunda yerinə yetirmək istəyirdik. Məğlub olduq, amma səhvlərimizi görüb təhlil edirik və çempionata hazırlaşırıq”.

O, heyətə cəlb olunan yeni futbolçularla bağlı danışıb:

“Komandamıza yeni futbolçular gəlib, hərəsinin özünəməxsus keyfiyyəti var. Oynadıqları komandalara fayda verən, səviyyəli futbolçular olub. İndi də “Turan Tovuz”a fayda vermək üçün əllərindən gələni edirlər. Hər biri təcrübəlidir. Baş məşqçimizin həddindən çox istəkləri var. Çempionatın əvvəlində də belə idi. Çalışacağıq iddiamızı ortaya qoyaq və əlimizdən gələnin ən yaxşısını edib azarkeşlərimizi sevindirək”.

Ş.Əliyev sabah qarşılaşacaqları “Paxtakor”la (Özbəkistan) yoldaşlıq matçına da toxunub:

“Çempionat oyunları elədir ki, ümumi təhlillərimiz olur. Amma yoldaşlıq oyunlarında məşqçilər çalışırlar ki, futbolçuları çox yormasınlar. Rəqibi təhlil edib, zəif və üstün cəhətlərini bizə başa salırlar. Çalışacağıq “Paxtakor”la matçda da məşqçimizin istədiklərini yerinə yetirək”.

Qeyd edək ki, Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz" Misli Premyer Liqasının turnir cədvəlində 32 xalla üçüncü pillədə qərarlaşıb.

Futbol
Avstraliya Tunisə qalib gəlib

Avstraliya Tunisə qalib gəlib

Futbol
Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edib

Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edib

Futbol
Çempionlar Liqası: İranlı hücumçu Messini geridə qoyub

Çempionlar Liqası: İranlı hücumçu Messini geridə qoyub

Futbol
Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Futbol
Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Futbol
“Sumqayıt”ın istefaya göndərdiyi baş məşqçi “Şaxtyor”la anlaşıb

“Sumqayıt”ın istefaya göndərdiyi baş məşqçi “Şaxtyor”la anlaşıb

Futbol
Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Futbol
"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
İran mundiallar tarixində ilk dəfə Avropa komandasına qalib gəlib

İran mundiallar tarixində ilk dəfə Avropa komandasına qalib gəlib

Futbol
Qazaxıstan millisinin qapıçısı: "Bakıda istənilən nəticə qeydə alına bilər"

Qazaxıstan millisinin qapıçısı: "Bakıda istənilən nəticə qeydə alına bilər"

Futbol
FIFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqlayıb

FIFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqlayıb