"Sumqayıt"ın baş məşqçisi: "Rəhbərliyin gördüyümüz işləri yüksək qiymətləndirməsi bizi yalnız qürurlandıra bilər" - MÜSAHİBƏ

"Sumqayıt"ın baş məşqçisi: "Rəhbərliyin gördüyümüz işləri yüksək qiymətləndirməsi bizi yalnız qürurlandıra bilər" - MÜSAHİBƏ

"Sumqayıt" klubunun baş məşqçisi Vaqif Cavadov "QELEBE.AZ"a müsahibə verib. 35 yaşlı mütəxəssis ötən gün "gənclik şəhəri" təmsilçisi ilə 2,5 illik yeni müqavilə imzalaması barədə danışıb. O, komandada yeni uğurlar qazanmaq istədiyini və hədəflərinin olduğunu da söyləyib.

- "Sumqayıt" klubunun Müşahidə Şurasının növbəti iclasında sizinlə 2,5 illik yeni müqavilə imzalanması qərara alındı. Təəssüratlarınız necədir?

- Təbii ki, təəssüratlarım xoşdur. İnanıram ki, gördüyümüz işlər uğurlu nəticələnəcək. Məqsədimiz "Sumqayıt"ı bacardığımız qədər yüksək pillələrə daşımaq və azarkeşləri sevindirməkdir. Rəhbərliyin gördüyümüz işləri yüksək qiymətləndirməsi bizi yalnız qürurlandıra bilər.

- Müqavilə müddətinin artırılması sizin üçün gözlənilən idi?

- Yeni təklifə hazır idim. Rəhbərliklə danışdıq və razılığa gəldik. İnanıram ki, yeni müqavilə hər iki tərəf üçün xeyirli olacaq.

- Müqavilənizin müddəti 2027/2028 mövsümünün sonunda başa çatacaq. Bu zaman ərzində "Sumqayıt"la bağlı hədəfləriniz nədən ibarət olacaq?

- Cari mövsümü bitirə biləcəyimiz ən yüksək pillədə başa vurmaq istəyirik. Yeni hədəflərimiz isə yeni danışıqlardan sonra bəlli olacaq. Yayda rəhbərliklə yenidən oturub, söhbətləşəcəyik. Hansı mövqelər uğrunda mübarizə aparacağımızı həmin vaxt müəyyənləşdirəcəyik. Bütün bu proseslər vaxt tələb edir. Uğur qazanmaq istəyiriksə, pillə-pillə qalxmalıyıq.

- "Sumqayıt" mövsümün ilk yarısında keçirdiyi 18 oyunda 20 xal toplayıb və 13 xal məhz sizin baş məşqçi olduğunuz dövrə təsadüf edib. Komandaya gəlişinizdən sonra uğurlu çıxışı nə ilə əlaqələndirirsiniz?

- Komandanın uğurlu çıxış edib-etmədiyini kənardan baxanlar deyə bilər. Bu barədə mənim danışmağım bəlkə də doğru çıxmaz. "Sumqayıt"ın baş məşqçisi kimi ilk matçda məğlub olmuşduq. Bununla belə, dedim ki, hansı komandaya gəldiyimi yaxşı bilirəm. Komandada potensiallı futbolçular var. Qış fasiləsinə qədər futbolçularımız bunu sübut etdilər. İnşallah, cari mövsümün sonuna kimi işlər istədiyimiz kimi gedəcək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

- Komanda qış fasiləsində mövsümün ikinci yarısına necə hazırlaşır?

- Artıq hazırlıqlara başlamışıq. Gündə iki dəfə olmaqla məşqlər keçirik. Zədəli futbolçularımız yoxdur. Komandanı iki futbolçu tərk edib. Onlardan biri Rəhim Sadıxov, digəri Cordan Rezabaladır. Rəhimin gedişi rəsmən təsdiqləndi. Rezabala isə hələ dəqiq deyil.

- Hər iki futbolçunun gedişi "Sumqayıt"a nə dərəcədə mənfi təsir göstərəcək?

- Rəhim Sadıxov güclü futbolçudur. Lakin yolları ayırmalı olduq. İnanıram ki, onun "Turan Tovuz"a keçidi karyerasına uğur gətirəcək. Rezabalanın gedişi isə dəqiqləşmədiyi üçün bir söz deyə bilməyəcəm. Ola bilsin, onu qaytara bildik. Heyətdə başqa futbolçular var.

- Hansı ölkələrdən futbolçular transfer etməyi düşünürsünüz?

- Demək olar ki, hər ölkədən futbolçular var. Lakin ortada dəqiqləşən söhbət yoxdur. Ümid edirik ki, seçimlərimizdə yanılmayacağıq. Aralarında yerli futbolçular yoxdur. Hazırkı vəziyyətdə yerli futbolçu tapmaq çox çətindir. Əsas istəyimiz hücum mövqeyini gücləndirməkdir.

- Fevralın 24-dən etibarən AFFA tərəfindən məşqçilər üçün UEFA-nın PRO kateqoriyalı lisenziya kursu təşkil olunacaq. Həmin kurslara qatılacaqsınız?

- Əlbəttə. Hazırda məndə A kateqoriyası mövcuddur. Oxuduqdan sonra PRO lisenziyasını əldə edəcəyəm.

Futbol
“Qalatasaray”ın keçmiş futbolçusu Super Liqa klubunun baş məşqçisi olacaq

“Qalatasaray”ın keçmiş futbolçusu Super Liqa klubunun baş məşqçisi olacaq

Futbol
"Çelsi" yeni baş məşqçisini açıqlayıb

"Çelsi" yeni baş məşqçisini açıqlayıb

Futbol
“Kəpəz” komandası Türkiyəyə yollanıb

“Kəpəz” komandası Türkiyəyə yollanıb

Futbol
"Mançester Yunayted" Ronaldunun müqaviləsinin ləğvi üçün işlərə start verib

"Mançester Yunayted" Ronaldunun müqaviləsinin ləğvi üçün işlərə start verib

Futbol
"Qarabağ" və "Qəbələ" azarkeş təhqirlərinə görə cərimələnib

"Qarabağ" və "Qəbələ" azarkeş təhqirlərinə görə cərimələnib

Futbol
“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

Futbol
"Kəpəz" ev oyunlarını Gəncədə keçirmək üçün PFL-ə müraciət edəcək

"Kəpəz" ev oyunlarını Gəncədə keçirmək üçün PFL-ə müraciət edəcək

Futbol
Lionel Messi PSJ ilə yeni müqavilə imzalamağa yaxındır

Lionel Messi PSJ ilə yeni müqavilə imzalamağa yaxındır

Futbol
DÇ-2022: İran Uelsə qalib gəlib

DÇ-2022: İran Uelsə qalib gəlib

Futbol
Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Futbol
Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Futbol
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

"Qarabağ" "Turan Tovuz"a qalib gəlib