Rəşad Eyyubov: "Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdir"

Rəşad Eyyubov: "Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdir"

Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdir.

Bunu "Report"a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi təyin olunan Rəşad Eyyubov deyib.

32 yaşlı mütəxəssis AFFA rəhbərliyindən təklif gəldikdə çox da düşünmədən razılıq verdiyini bildirib:

"Çünki yığma hər bir məşqçinin işləmək üçün arzuladığı yerdir. Vaxtilə futbolçu kimi formasını geyindiyim milli komandaya məşqçi kimi qayıtdığım üçün çox xoşbəxtəm. Üstəlik, Fernandu Santuş kimi böyük mütəxəssisin yanında işləyərək məşqçilik təcrübəmi də artıra bilərəm. Santuş illərin təcrübəsidir, ondan çox şey öyrənəcəyimə əminəm".

Qeyd edək ki, R.Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis “Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib. Onuin müqaviləsinin müddəti 2028-ci ilə kimi nəzərdə tutulub.

Futbol
AFFA “Kəpəz”in apellyasiya şikayətini təmin etməyib

AFFA “Kəpəz”in apellyasiya şikayətini təmin etməyib

Futbol
"Kəpəz" xorvatiyalı qapıçını transfer edib

"Kəpəz" xorvatiyalı qapıçını transfer edib

Futbol
Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Futbol
"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

Futbol
Rusiya Ukrayna millisinin baş məşqçisinin futboldan kənarlaşdırılmasını istəyir

Rusiya Ukrayna millisinin baş məşqçisinin futboldan kənarlaşdırılmasını istəyir

Futbol
İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

Futbol
Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Futbol
İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

Futbol
Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Futbol
Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Futbol
Aleksey İsayev zədələnib

Aleksey İsayev zədələnib