Nazir: “Qarabağ”ın necə “artırmalı” olduğunu düşünməliyik, çempionatda rəqabət yaranmalıdır"

Nazir: “Qarabağ”ın necə “artırmalı” olduğunu düşünməliyik, çempionatda rəqabət yaranmalıdır"

“Qarabağ”ın necə “artırmalı” olduğunu da düşünməliyik, çempionatda rəqabət yaranmalıdır.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, "Qarabağ"ın çıxışına toxunub:

“Qarabağ” son illərin daimi çempionudur. Bu komandaya rəqib olmalıdır ki, inkişaf etsin. “Qarabağ” elə səviyyədədir ki, Avropa da uduzanda təəssüflənirik və “niyə udmadı” deyirik. “Qarabağ”ın necə “artırmalı” olduğunu da düşünməliyik, rəqabət yaranmalıdır. Amma geriyə baxsaq, ilk mərhələni keçə bilmədiyimiz günlər də var idi. Bəli, futbolumuz yaxşı günlər yaşamır, bunu etiraf etmək lazımdır. Burada birgə iş olmalıdır. Nazirlik kimi nə etdiyimizi vurğulamaq istəyərdim. Ötən ilin əvvəllərində “Ulduz” akademiyasını yaratdıq. Bölgələrdən perspektivli uşaqları akademiyaya cəlb edirik. Bakı kəndlərinin birində qalırlar, eyni məktəbə gedirlər və məşq edirlər. Aşağı yaş qruplarından ibarət çempionatlara baxsanız, görərsiniz ki, birinci və ikinci yerlərdə məhz bu akademiyanın komandaları qərarlaşıb. Amma o komandaları beynəlxalq yarışlara yollayanda, məsələn, Rusiyadan olan həmkarları ilə oynayanda böyük fərqlə uduzurlar".

Nazir Azərbaycanda bir neçə beynəlxalq yarış keçirdiklərini söyləyib:

“Azərbaycanda uşaqlar üçün 3-4 beynəlxalq turnir keçirdik. Sonuncu yarış Qubada baş tutdu. Komandalarımız beyəlxalq yarışlara daha çox getməlidirlər. Təəssüflər olsun ki, Özbəkistanın 15 yaşlı ftbolçulardan ibarət kollektivi gəlib bütün komandalarımızı məğlub etdi. Yəni öyrəndik ki, futbolda Özbəkistanın 15 yaşlı uşaqları bizimkilərdən üstündür. Həmçinin digər turnirdə Belarusun U-15 komandası qalib gəldi. Yarışdan-yarışa komandalarımızda artım hiss olunur. Görünür ki, təcrübə lazımdır. Ona görə də həmin yaş qrupu üzrə komandalar daim yarışlara getməlidirlər. Bundan sonra Azərbaycanda yetişmiş futbolçular görə bilərik. Son illərdə “Qarabağ”ın yerli futbolçuları - Bəhlul Mustafazadə, Toral Bayramov, Nəriman Axundzadə, Elvin Cəfərquliyev yaxşı səviyyədədir. Məsələn, Elvin Avropanın güclü çempionatlarında oynayacaq səviyyədə futbolçudur. Təcrübə qazandıqca “artırırlar”.

F.Qayıbov stadionların təmir olunmasının vacibliyini qabardıb:

“Futbolda işlərimiz çoxdur. Lakin düşünürəm ki, həm yarışlar keçirməli, həm də aşağı yaş qrupundan ibarət idmançılarımıza şans verməliyik. Uşaq futboluna investisiya qoymalıyıq. Biz artıq bunu etməyə başlamışıq. Təbii ki, idman infrastrukturundan danışmalıyıq. Stadionlar təmir olunmalıdır. Bir çox rayonlarda stadionlar var. Bunu tək edə bilmirik, özəl şirkətlər də dəstək göstərməlidir. Deyək ki, hansısa stadionu təmir etdik. Axı orada komanda da oynamalıdır. Həmçinin sonrakı işlər var. Komandaya baxmaq lazımdır. Artıq II Liqa da var. Nəticə istəyirik. Qonşumuz Gürcüstanı görürük və təəsüflənirik. İstərdik ki, bizim komanda da belə nəticələr əldə etsin. Futbol elə bir mövzudur ki, çox danışmaq olar. Faktlarla danışmalıyıq. Daha çox uşaq futboluna sərmayə yatırmalıyıq ki, milli üçün yüksək səviyyəli futbolçular yetişsin”.

Futbol
La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

Futbol
İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

Futbol
Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Futbol
Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Futbol
Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Futbol
"Qarabağ"ın rəqibi xal itirib

"Qarabağ"ın rəqibi xal itirib

Futbol
UEFA Çempionlar Liqasında 1/8 finala yüksələnlər məlum olub

UEFA Çempionlar Liqasında 1/8 finala yüksələnlər məlum olub

Futbol
Braziliyalı sabiq futbolçu: “Qurban Qurbanov nə edirsə, “Qarabağ” zəifləmək əvəzinə güclənir”

Braziliyalı sabiq futbolçu: “Qurban Qurbanov nə edirsə, “Qarabağ” zəifləmək əvəzinə güclənir”

Futbol
Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb

Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb

Futbol
“Neftçi” Ayaz Quliyevin transferi üçün “Ximki”yə təklif göndərib

“Neftçi” Ayaz Quliyevin transferi üçün “Ximki”yə təklif göndərib

Futbol
De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək