Azərbaycan Basketbol Federasiyasının rəsmisi: “Böyük ehtimalla Çempionlar Kubokuna qatılacağıq”

Azərbaycan Basketbol Federasiyasının rəsmisi: “Böyük ehtimalla Çempionlar Kubokuna qatılacağıq”

Böyük ehtimalla Çempionlar Kubokuna qatılacağıq.

Bunu “Report”a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov FIBA-nın yeni təsis etdiyi 3x3 basketbol üzrə Çempionlar Kubokuna qatılmaq perspektivi ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi böyük ehtimalla bu yarışda iştirak edəcəklərini söyləyib:

“Çempionlar Kuboku barədə daha dolğun məlumat yanvarın əvvəllərində olacaq. 2025-ci ilin mayında isə Bakıda Dünya Kubokunun seçmə mərhələsi keçiriləcək. Çox önəmli turnirdir. Ciddi yanaşırıq deyə, bütün diqqətimizi bura yönəltmişik. Artıq üçüncü ildir ki, bu yarışda iştirak edirik. Böyük ehtimalla Çempionlar Kubokuna qatılacağıq. Ancaq bu, sonranın işidir. Həmçinin fevralda kişilərdən ibarət millimizin Kosovo və İrlandiyaya qarşı matçları var. Qadınlardan ibarət yığmanın da oyunları var. Söhbət basketbol komandalarımızdan gedir. Hazırda iştirak edəcəyimiz yarışlar bunlardır”.

O, Bakıda keçiriləcək Dünya Kubokunda qadınlardan ibarət milliyə daha böyük ümidlər bəslədiklərini vurğulayıb:

“Həm kişilərdən, həm də qadınlardan ibarət millimiz yayda keçiriləcək seçmə mərhələ oyunlarına ən güclü heyətlə qatılacaqlar. Bu yarışın qalibi iyulda Monqolustanda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. Azərbaycan tarixində ilk dəfədir ki, Dünya Kubokunun seçmə mərhələsi Bakıda keçiriləcək. Bildiyiniz kimi, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol komandası Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etdi. Amma indiyə qədər dünya çempionatında heç bir Azərbaycan komandası olmayıb. Əlbəttə, xüsusilə qadınlardan ibarət yığmaya ümidlərimiz böyükdür. Çünki onların təcrübəsi kişilərə nisbətən daha çoxdur”.

Qeyd edək ki, Azərbaycan 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunlarına ilk dəfə ev sahibliyi edəcək. 2025-ci il mayın 24-25-də Bakıda baş tutacaq qarşılaşmalarda həm kişi, həm də qadınlardan ibarət 6 komanda mübarizə aparacaq.

Komanda
"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

Komanda
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Komanda
Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Komanda
Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycanın qadın voleybol yığmasının rəqibləri müəyyənləşib

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib