Azərbaycan futzal millisinin üzvü: "İsveçlə oyunda diqqətsizlikdən qollar buraxdıq"

Azərbaycan futzal millisinin üzvü: "İsveçlə oyunda diqqətsizlikdən qollar buraxdıq"

İsveçlə oyunda iki dəfə hesabda önə keçsək də, diqqətsizlikdən qollar buraxdıq və məğlub duruma düşdük.

"Report" xəbər verir ki, bunu Azərbaycan futzal millisinin üzvü Ülvi Əliyev AVRO-2026-nın əsas mərhələsində qarşılaşdıqları İsveçlə oyun barədə danışarkən deyib.

Ü.Əliyev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında azarkeşlərə təşəkkür edib:

“İsveçlə oyunda bizə inanan və dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Zalda gözəl atmosfer yaratmışdılar, gücümüzə güc qatdılar. Oyuna gəlincə, meydana çıxan hər birimiz əlimizdən gələni etdik ki, seçmə mərhələyə qələbə ilə başlayaq. İki dəfə hesabda önə keçsək də, diqqətsizlikdən qollar buraxdıq və məğlub duruma düşdük. Ancaq son saniyəyə qədər oyun ritmini saxladıq, intizamı qoruduq, inandıq, mübarizə apardıq, xarakter göstərdik və bunun nəticəsi kimi də final fitinə 2 saniyə qalmış bərabərlik qolunu vurduq. Xüsusilə ikinci hissədə daha çox qol epizodu yaratdıq. Təəssüf ki, epizodları dəyərləndirə bilmədik. Halbuki qələbə layiq idik. Məncə, başlanğıc üçün 1 xal da pis nəticə deyil".

Futzalçı qarşıya qoyulan məqsədlərdən də danışıb:

"Hazırda milli yenidən formalaşdırılır. Buna baxmayaraq, qarşımıza mümkün qədər çox xal toplamaq və üst sıralarda qərarlaşmaq tapşırığı qoyulub. Baş məşqçimiz Vitali Borisov da nələrə diqqət etməli olduğumuzu hər zaman başa salır. Ümid edirəm ki, yekunda istəyimizə çatacağıq”.

Qeyd edək ki, ötən gün Bakı İdman Sarayında baş tutan Azərbaycan - İsveç görüşü 3:3 hesabı ilə yekunlaşıb.

Futbol
Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəyə başlayır

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəyə başlayır

Futbol
Argentina üçqat dünya çempionu olub

Argentina üçqat dünya çempionu olub

Futbol
Dünya çempionatlarının final mərhələlərindən ən çox qol vurmuş futbolçular

Dünya çempionatlarının final mərhələlərindən ən çox qol vurmuş futbolçular

Futbol
Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Futbol
Türkiyə B Liqasına, Danimarka və Niderland final mərhələsinə vəsiqə qazana bilər

Türkiyə B Liqasına, Danimarka və Niderland final mərhələsinə vəsiqə qazana bilər

Futbol
“Qarabağ” səfərdə “Nant”la qarşılaşacaq

“Qarabağ” səfərdə “Nant”la qarşılaşacaq

Futbol
Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

Futbol
Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb

Millətlər Liqası: Azərbaycan yığması ilk "5-lik"də yer alıb

Futbol
"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

Futbol
"Beşiktaş"ın sabiq baş məşqçisi Qurban Qurbanovla görüşüb

"Beşiktaş"ın sabiq baş məşqçisi Qurban Qurbanovla görüşüb