Şahin Diniyev: "30 ildir püşkdən sonra rəqiblərin gücünü və qazana biləcəyimiz xalları hesablayırıq"

Şahin Diniyev: "30 ildir püşkdən sonra rəqiblərin gücünü və qazana biləcəyimiz xalları hesablayırıq"

30 ildir ki, Azərbaycan futbolunun azarkeşlərinin və mütəxəssislərinin dəyişməyən bir xasiyyəti var. Seçmə mərhələlərin püşkündən sonra rəqib komandaların gücünü və qazana biləcəyimiz xalları hesablayırıq.

Bunu "Report"a açıqlamasında futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev yığmamızın 2026-cı il dünya çempionatının seçmə mərhələsində üz-üzə gələcəyi rəqibləri dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis indiki vəziyyətdə proqnoz verməyin mənasız olduğunu söyləyib:

"Bu gün uyğun qrup olması üçün yığma özü uyğun yerdə olmalıdır. Üstəlik, komandanın qarşısına qrupdan çıxmaq məqsədi qoyulmayıb ki, rəqiblərin uyğun olub-olmadığını müzakirə edək. Püşkdən əvvəl ən azı üçüncü səbətdə yer almalı idik ki, bizdən sonra gələn rəqiblər nisbətən zəif olsunlar. Yaxud beş komandalı qrupa düşsəydik, bəlkə şansımız nisbətən çox olardı. Beşinci səbətdən ən azı Andorra, Cəbəllütariq və ya San Marino kimi yığmalar gələrdi".

Ş Diniyev qrupda əsas mübarizənin Fransa - Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya seçmələri arasında gedəcəyini bildirib:

"Azərbaycan millisi yeni baş məşqçisi Fernandu Santuşun rəhbərliyi altında nəyisə dəyişməyə çalışacaq. Hansı yeniliklər olacağını seçmə mərhələ göstərəcək. 30 ildir ki, Azərbaycan futbolunun azarkeşlərinin və mütəxəssislərinin dəyişməyən bir xasiyyəti var. Seçmə mərhələlərin püşkündən sonra rəqiblərin gücünü və qazana biləcəyimiz xalları hesablayırıq. Bu, bizim yığma üçün tezdir. Biz çıxış yolları tapmalı, yığmanı hansı formada inkişaf etdirməyi düşünməliyik".

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda yer alan Azərbaycan millisi mübarizəyə gələn il sentyabrın 5-də start verəcək. Komandanın ilk sınağı səfərdə İslandiyaya qarşı olacaq.

Futbol
Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”

Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”

Futbol
Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır

Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır

Futbol
Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Futbol
Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Futbol
"Traktor" klubu Kurban Berdıyevlə vidalaşıb

"Traktor" klubu Kurban Berdıyevlə vidalaşıb

Futbol
DÇ-2022: Meksika və Polşa qolsuz bərabərliyə razılaşıb

DÇ-2022: Meksika və Polşa qolsuz bərabərliyə razılaşıb

Futbol
Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

Futbol
Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

Futbol
"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

Futbol
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Futbol
Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"