Azərbaycanda ilin ən yaxşı futbol məşqçisi bəlli olub

Azərbaycanda ilin ən yaxşı futbol məşqçisi bəlli olub

Azərbaycanda 2024-cü ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.

"QELEBE.AZ" xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci yeri tutub.

Qurbanov 64 jurnalistin qatıldığı sorğuda 47 səs toplamaqla 2024-cü ilin ən yaxşı məşqçisi seçilib. Bununla da o, 14-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.

Sorğuda iştirak edənlərdən 8-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 7-si “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 2-si “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyevə səs verib. “Sumqayıt”ın keçmiş, “Neftçi”nin hazırkı çalışdırıcısı Samir Abasova səs verən olmayıb. Bu mütəxəssislər də ilin məşqçisi adına namizədlər siyahısında yer alıblar.

“Qarabağ” ötən mövsüm Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu bayram edib. Bundan başqa, Ağdam təmsilçisi ölkə kubokuna da sahib çıxıb. Qurbanovun komandası növbəti dəfə Avropa Liqasında Liqa mərhələsinə (əvvəlki qrup mərhələsi) vəsiqə qazanıb.

İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi dekabrın 14-də, saat 13:30-da baş tutacaq.

Futbol
"Bavariya"nın iki əsas müdafiəçisi Çempionlar Liqası oyununu buraxacaq

"Bavariya"nın iki əsas müdafiəçisi Çempionlar Liqası oyununu buraxacaq

Futbol
Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Futbol
Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Futbol
İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

Futbol
AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

Futbol
Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Futbol
“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

Futbol
Lionel Messi Maradonanın rekordunu yeniləyib

Lionel Messi Maradonanın rekordunu yeniləyib

Futbol
“Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarlayıb

“Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarlayıb

Futbol
"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

Futbol
“Zenit” rəsmisi “Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu ilə bağlı açıqlama verib

“Zenit” rəsmisi “Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu ilə bağlı açıqlama verib

Futbol
Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb

Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb