"Naxçıvan"ın baş məşqçisi: "Neftçi"nin uğur qazanmasına imkan vermədik"

"Naxçıvan"ın baş məşqçisi: "Neftçi"nin uğur qazanmasına imkan vermədik"

Rəqibin uğur qazanmasına imkan vermədik.

"Report"un məlumatına görə, bunu "Naxçıvan"ın baş məşqçisi Murat Dikmen "Neftçi"yə qarşı Azərbaycan Basketbol Liqasının VI turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:

"Rəqib əvvəlki 5 oyunda da məğlub olmuşdu və bu gün daha yaxşı performans göstərmək istəyirdi. Lakin rəqibin uğur qazanmasına imkan vermədik. İlk 5 dəqiqəni nəzərə almasaq, oyunboyu üstünlük bizim tərəfimizdə idi. Bu gün müdafiə ribaundlarında çox zəif çıxış etdik. Rəqibimiz 24 hücum ribaundu əldə edib və ümumilikdə 26 xalı ikinci cəhddən qazanıb. Biz bu mövqedə savaşa bilsəydik qarşılaşmanın taleyini daha erkən müəyyənləşdirərdik. Bu da bizim üçün bir dərs oldu. Həm məğlub olarkən, həm də qələbə qazanarkən öyrənmək çox vacibdir. Oyunçularımı təbrik edirəm. Çox yaxşı mübarizə apardılar".

Qeyd edək ki, "Naxçıvan" - "Neftçi" qarşılaşması birincilərin 83:72 hesablı qələbəsi ilə yekunlaşıb.

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

“Vüqar Həşimov Memorialı-2022”: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Fərdi
Şəkidəki ilk idman festivalından reportaj

Şəkidəki ilk idman festivalından reportaj

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub

Fərdi
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Fərdi
Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Fərdi
Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Fərdi
Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Fərdi
Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Fərdi
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Fərdi
Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb