Elmar Baxşıyev: "Uduzsaq da, istədiyim komandanı, dinamikanı gördüm"

Elmar Baxşıyev: "Uduzsaq da, istədiyim komandanı, dinamikanı gördüm"

"Neftçi" iddialı komandadır. Uduzsaq da, istədiyim komandanı, dinamikanı gördüm. Bu tempdə davam etsək, daha da yaxşı olacağıq".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, futbol səhvlər üzərində qurulub: "Qol buraxırıqsa, burada tək Ruan Renatonun günahı yoxdur. Hər şey qaydasındadır. Sadəcə, ötən mövsüm uğurlu seriyamız olduğu üçün oyunu ön plana çıxırdı. Ona güvənirəm".

O, "Qəbələ"ni "Şamaxı" ilə müqayisə etmək istəmədiyini söyləyib: "Onların öz məqsədi var. Yerli futbolçuları inkişaf etdirməklə məşğuldurlar. Bizdə də gənc oyunçular var. Amma komandanı yerli və əcnəbiyə bölmürük. Kim xeyir verirsə, ona güvənirik. Bu gün Felipe Santos, Murad Musayev və Rafael Utziqin də epizodları oldu. Tək Haniyə görə uduzmadıq. Axsadığımız nöqtələr var. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".

Baş məşqçi Səlahət Ağayevin ikinci qolda buraxdığı səhvə də toxunub: "Onun səviyyəsi hamıya məlumdur. Bir səhvə görə kimisə qınamaq olmaz. Yaxşı qapıçıdır, komandanın liderlərindən biridir. Ələ düşən imkanları dəyərlənirməyəndə qapınızda belə qollar görəcəksiniz".

Baxşıyev komandasının hər oyunda ən azı 7-8 epizoda girdiyini xatırladıb: "Oyunçular tapşırıqları yerinə yetirir. Futbolçularımdan razıyam. İnanıram ki, özlərini yenidən sübut edəcəklər. Hər oyun ağırdır. Bütün rəqiblərə qarşı maksimum köklənmə ilə oynayırıq".

Futbol
Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Futbol
AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
Azərbaycanda futbol şərhçisi yol qəzasında dünyasını dəyişib

Azərbaycanda futbol şərhçisi yol qəzasında dünyasını dəyişib

Futbol
“Qalatasaray” 662 gündən sonra lider olub

“Qalatasaray” 662 gündən sonra lider olub

Futbol
Region Liqasında yeni mövsümün püşkü atılıb

Region Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Futbol
Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Futbol
Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Futbol
“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

Futbol
"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

Futbol
“Qəbələ” növbəti matçı azarkeşsiz keçirəcək

“Qəbələ” növbəti matçı azarkeşsiz keçirəcək