İqor Ponomaryov: "32 il ərzində futbolda heç bir irəliləyiş əldə etmədik" - MÜSAHİBƏ

İqor Ponomaryov: "32 il ərzində futbolda heç bir irəliləyiş əldə etmədik" - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu, olimpiya çempionu İqor Ponomaryov “QELEBE.AZ”a müsahibə verib. 64 yaşlı mütəxəssis millimizin Millətlər Liqasında sonuncu - İsveçlə oyununa (0:6) toxunub. O, həmçinin komandanın tsikldəki nəticələrini dəyərləndirib.

- İsveçə böyükhesablı məğlubiyyət haqqında nə deyə bilərsiniz?

- Bu nəticənin niyə belə olduğunu demək çətindir. Bu məğlubiyyətdə hamını günahlandırmaq olar. Amma təkcə bu deyil, əvvəlki oyunlar da uduzuldu. Məncə, Estoniya ilə heç-heçə də məğlubiyyət sayılır. Bu uğursuz çıxışların bir çox səbəbləri var. Ona görə də təkcə kimisə günahlandırmaq düzgün deyil.

- Tsikli necə qiymətləndirirsiniz? Zəif nəticələrin səbəbi nədir?

- Pis çıxış etdik. Uğursuz yox, məhz pis! Proqres yox, reqres gedir. 32 il ərzində futbolda heç bir irəliləyiş əldə etmədik. Bu faktı qəbul etmək lazımdır.

- Bu komandanın tarixin ən yaxşı yığması adlandırılmasına münasibətiniz necədir?

- Kim adlandırırdı? Razı deyiləm. Nəyin hesabına ən yaxşı oldu? Bəs niyə Canni De Byazinin dönəmində də belə pis oynayırdılar. Bu lətifədəki kimidir, hamı deyir, siz də deyin.

- Ümumiyyətlə, sizcə, Azərbaycanın müstəqillik tarixinin ən yaxşı yığması hansı olub?

- Bunun üçün təhlil aparmaq lazımdır. Birbaşa, təhlil etmədən danışmaq yaxşı deyil. Azərbaycan daha yaxşı yığmaya layiqdir!

- Millinin belə durumda olmasına görə klublar nə dərəcədə günahkardır?

- Mən də sizə sual verirəm. Klubların nə günahı var?

- Çünki futbolçular klublarda yetişirlər…

- Razıyam, futbolçular klublardan gəlirlər. Klub futbolçuları öz sıralarına 22 yaş və daha yuxarı olanda qəbul edir. Bundan sonra onları nə dərəcədə inkişaf etdirə bilərlər? Amma onlar artıq, demək olar ki, hazır, formalaşmış oyunçular kimi gəlirlər. Bu futbolçular indi bizim əsas liqada oynayırlar və uduzurlar. Gəlin o zaman onların gəldiyi uşaq və gənclər futboluna enək. Belədə sual yaranır ki, uşaq və gənclərin çempionatlarında bütün oyunlarda qələbə qazanırdılarmı? O zaman onlar hansı keyfiyyətdə idilər? Nə futbolçuları, nə də məşqçi heyətini alçaltmaq istəyirəm, amma bu, reallıqdır.
Məsələnin başqa tərəfini də deyim. Məşqçilərə aid çoxlu nümunələr var. İsveç millisini götürək, əvvəlki dövrlərdə etibarlı müdafiə və əks-hücumlar hesabına oynayırdılarsa, bu gün başqa mütəxəssisin rəhbərliyi altında hücum futbolu və qısa, həmçinin orta məsafələrə ötürmələrə üstünlük verirlər. Bu zaman çox sayda təhlükəli hücumlar təşkil edə bilirlər. Budur sizə düşünmək üçün mövzu!

Futbol
Qriqoryandan şovinist iddia: “Ermənistan yığmasının baş məşqçisi erməni olmalıdır”

Qriqoryandan şovinist iddia: “Ermənistan yığmasının baş məşqçisi erməni olmalıdır”

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Futbol
Pele ailə üzvləri ilə vidalaşıb

Pele ailə üzvləri ilə vidalaşıb

Futbol
“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

Futbol
"Barselona"nın kapitanı Devid Bekhemin klubuna keçir

"Barselona"nın kapitanı Devid Bekhemin klubuna keçir

Futbol
"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

Futbol
PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

Futbol
Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Avropa Liqası: Daha 2 komanda növbəti mərhələyə yüksəlib

Futbol
Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Futbol
El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

Futbol
PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

PFL Avropa Peşəkar Futbol Liqaları ilə gələcək planları müzakirə edib

Futbol
PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir