Azərbaycanlı mütəxəssis: "Qarabağ" uğursuz nəticələri unutdurmaq üçün bütün gücünü ortaya qoyacaq"

Azərbaycanlı mütəxəssis: "Qarabağ" uğursuz nəticələri unutdurmaq üçün bütün gücünü ortaya qoyacaq"

"Qarabağ" əvvəlki turlarda qeydə alınan uğursuz nəticələri unutdurmaq üçün bütün gücünü ortaya qoyacaq.

Bunu "QELEBE.AZ"a açıqlamasında azərbaycanlı futbol mütəxəssisi Adil Şükürov deyib.

O, "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində "Budyo Qlimt" (Norveç) ilə səfərdə keçirəcəyi matç barədə fikirlərini bölüşüb:

"Ağdam təmsilçisi əvvəlki 3 turda qeydə alınan uğursuz nəticələri unutdurmaq üçün bütün gücünü ortaya qoyacaq. Baş məşqçi Qurban Qurbanov da matçdan əvvəl keçirilən mətbuat konfransında rəqibin fərdi deyil, komanda oyununa üstünlük verdiyini bildirdi. "Budyo Qlimt" standart vəziyyətlərdən çox yaxşı yararlanmağı bacarır. Əvvəllər Norveç komandaları daha çox gücə hesablanmış, uzun ötürmələrdən istifadə edərək futbol oynayırdılarsa, indi əsasən texnikaya, xırda ötürmələrə və kombinasiyalı futbola üstünlük verirlər. "Qarabağ"ın bu cür komandalara qarşı yetərincə oyun təcrübəsi var. Lakin Ağdam klubu son dövrlərdə əlverişli fürsətləri qola çevirə bilmədiyi üçün komandanın qələbəsinə inananların sayı azalıb".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu bu axşam, saat 21:45-də başlayacaq.

Futbol
"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"

"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"

Futbol
Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Futbol
Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Futbol
Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Futbol
FIFA hər ölkədə Pelenin adını daşıyan stadionların olmasını istəyir

FIFA hər ölkədə Pelenin adını daşıyan stadionların olmasını istəyir

Futbol
Arda Turan karyerasını başa vurub

Arda Turan karyerasını başa vurub

Futbol
Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Futbol
DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

Futbol
Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Futbol
"Qəbələ" - "Sabah" oyununda insident baş verib

"Qəbələ" - "Sabah" oyununda insident baş verib

Futbol
Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb