Güləş məşqçiləri üçün ümumrespublika seminarına Naxçıvanda start verilib

Güləş məşqçiləri üçün ümumrespublika seminarına Naxçıvanda start verilib

Azərbaycan Güləş Federasiyası (AGF) məşqçilər üçün təşkil etdiyi ümumrespublika seminarına Naxçıvan şəhərində start verib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, AGF və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən seminarın nəzəri hissəsi nazirlikdə, praktiki mərhələ isə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində reallaşıb.

AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, sərbəst güləş üzrə U-17 millisinin böyük məşqçisi Əsgərxan Novruzov və I-S dərəcəli beynəlxalq hakim Sədi Quliyev tərəfindən keçirilən seminarda mütəxəssislər təcrübələrini məşqçilərlə bölüşüb, məşqlərin keçirilməsi, güləş qaydalarının ətraflı izahı və başqa mövzularda geniş məlumat veriblər. Seminarda muxtar respublikada fəaliyyət göstərən 28 güləş məşqçisi və 50-dən çox idmançı iştirak edib.

Ümumrespublika seminarının məqsədi ölkənin müxtəlif bölgələrinin idman məktəblərində, cəmiyyət və təşkilatlarda işləyən güləş məşqçilərinin bilik və bacarığını daha da təkmilləşdirməkdir.

Qeyd edək ki, gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidovla AGF nümayəndə heyəti arasında görüş də keçirilib. Naxçıvanda güləşin inkişafı, əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və gələcək perspektivlərlə bağlı müzakirələr aparılıb.

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Fərdi
Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Fərdi
Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Fərdi
Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Fərdi
"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub