Mahir Emreli "Qarabağ" və "Legiya"dakı uğurlarını təkrarlayıb - ARAŞDIRMA

Mahir Emreli "Qarabağ" və "Legiya"dakı uğurlarını təkrarlayıb - ARAŞDIRMA

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Qarabağ" və Polşanın "Legiya" klubundakı uğurlarını təkrarlayıb.

"QELEBE.AZ"un məlumatına görə, "Nürnberq" klubunda çıxış edən hücumçu buna ötən gün "Hamburq"la heç-heçə (1:1) etdikləri II Bundesliqanın XI turunun matçında fərqlənməklə nail olub.

27 yaşlı forvard meydana çıxdığı ardıcıl dörd qarşılaşmada rəqib qapılarına yol tapıb.

Emreli II Bundesliqada "Qroyter Fyurt"a qalib gəldikləri oyunda (20 oktyabr, 4:0) hesabı açıb, bundan beş gün sonra "Reqensburq"u 8:3 hesabı ilə üstələdikləri görüşdə isə ikinci qolun müəllifi olub. O, "Hoffenhaym"a yenildikləri (30 oktyabr, 1:2) Almaniya Kubokunun 1/16 final matçında da adını tabloya yazdırıb.

Hücumçu "Qarabağ" və "Legiya"da da bunu bacarıb. Oyunçu Ağdam təmsilçisində 2020-ci ilin dekabrından 2021-ci il fevralın 13-dək Premyer Liqada meydana çıxdığı dörd matçda qol vurub. Emreli həmin vaxt "Zirə"yə (24 dekabr, 3:2) və "Sabah"a (21 yanvar, 2:1) qalib gəldikləri görüşdə bir dəfə fərqlənibsə, "Səbail"i (28 yanvar, 4:0) üstələdikləri qarşılaşmada dubl müəllifi olub. Forvard "Neftçi"yə uduzduqları (13 fevral, 1:2) oyunda da qolla yadda qalıb.

Daha sonra yayda Varşava təmsilçisinə keçən Emreli burada da ardıcıl 4 qarşılaşmada qol vurub. O, Ekstraklasanın VIII turunda "Qurnik"ə (19 sentyabr, 3:1) qalib gəldikləri, ölkə kubokunda "Suvalki"ni (22 sentyabr, 3:1) məğlub etdikləri və IX turda "Rakuv"a uduzduqları (30 sentyabr, 2:3) matçda adını tabloya yazdırıb. Ardınca isə İngiltərə təmsilçisi "Lester"i yendikləri (30 sentyabr, 2:1) Avropa Liqasının matçında adını tabloya yazdırıb.

Qeyd edək ki, M.Emreli “Nürnberq” ilə "1+1" illik müqavilə imzalayıb.

Futbol
Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Futbol
Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Futbol
Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Futbol
Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Futbol
"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

Futbol
Serxio Buskets milli karyerasını bitirib

Serxio Buskets milli karyerasını bitirib

Futbol
“Neftçi”nin yoxlama görüşü ləğv olunub

“Neftçi”nin yoxlama görüşü ləğv olunub

Futbol
AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

Futbol
"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

Futbol
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

Futbol
2022-ci ildə ən çox qol vuran futbolçular bəlli olub

2022-ci ildə ən çox qol vuran futbolçular bəlli olub

Futbol
Tərlan Əhmədovun "Kəpəz"də köməkçiləri bəlli olub

Tərlan Əhmədovun "Kəpəz"də köməkçiləri bəlli olub