"Abşeron"un baş məşqçisi: "Rəqibi izləmək şansım olmayıb"

"Abşeron"un baş məşqçisi: "Rəqibi izləmək şansım olmayıb"

Rəqibi izləmək şansım olmayıb.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasında keçirəcəkləri ilk oyundan öncə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis komandanın hazırlıq səviyyəsini dəyərləndirib:

"Hazırlıqlarımız davam edir. Matçdan öncə bu gün daha bir məşqimiz olacaq. Hazırkı duruma görə zədəli oyunçumuz yoxdur. Ümumi olaraq oyun gününə qədər tam hazır olmağa çalışırıq. Əvvəlki açıqlamalarımda da dediyim kimi, komanda hələ də tam hazır deyil. Bunun üçün bizə 1-2 həftə lazım olacaq".

O, rəqib haqda da danışıb:

"İlk oyunda NTD ilə qarşılaşırıq. Onları izləmək şansım olmayıb. Nədənsə yoxlama matçlarını qapalı şəraitdə keçirdilər. Bu məsələni bir qədər anlamadım. Səhv etmirəmsə, 2 yoxlama oyununda güclərini sınayıblar. Çox xal qazanan kollektivdir. Onlara qarşı yaxşı müdafiə olunmalı olacağıq. Rəqibə hörmətlə yanaşırıq. Lakin necə bir komandaya qarşı oynayacağımızı yalnız oyun başlayanda biləcəyik".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə bu gün start veriləcək. NTD - "Abşeron" görüşü sabah, saat 12:30-da Bakı İdman Sarayında keçiriləcək.

Fərdi
Azərbaycanın daha bir cüdoçusu İtaliyadakı turnirdə finala çıxıb

Azərbaycanın daha bir cüdoçusu İtaliyadakı turnirdə finala çıxıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Fərdi
Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi 5-ci yeri tutub

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi 5-ci yeri tutub

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Fərdi
Sumqayıtda ustad dərsi keçirilib

Sumqayıtda ustad dərsi keçirilib

Fərdi
Jurnalistlər arasında kartinq yarışı keçirilib

Jurnalistlər arasında kartinq yarışı keçirilib

Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Fərdi
Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə 

Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə 

Fərdi
Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb