Mahir Emreli Azərbaycan millisinin azarkeşlərinə müraciət edib

Mahir Emreli Azərbaycan millisinin azarkeşlərinə müraciət edib

Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasında ötən gün baş tutan Slovakiya ilə oyundan sonra azarkeşlərə müraciət edib.

"QELEBE.AZ" xəbər verir ki, hazırda Almaniyanın II Bundesliqa təmsilçisi "Nürnberq"in formasını geyinən hücumçu fanatların dəstəyinin vacib olduğunu vurğulayıb.

Slovakiya ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılan futbolçu daha çox məşq və inkişaf etməyə çalışacağını bildirib:

"Hörmətli azarkeşlər, ilk öncə dəstəyinizə görə təşəkkür edirəm! Hər biriniz içimdə olan vətən, bayraq sevgisini yəqin ki, bilirsiniz. Uşaq yaşlarımdan müxtəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, milli komandanın üzvüyəm. Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm! Bəzən alınır, bəzən isə yox, Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox, bəzən qolun qarşısını da almaq lazım olur və nəticə vərəqə ilə sonuclanır. Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düşür. Təbii ki, tənqid qaçılmazdır və mən sağlam tənqidə hər zaman açığam! Bir də bilirəm ki, uman yerdən küsərlər, ona görə mənə qarşı olan istəyiniz və təzyiqiniz çoxdur. Bu məni qorxutmur, əksinə, sevindirir. Daha yaxşı olmağa, daha çox məşq etməyə və daha çox inkişaf etməyə məni sövq edir. Ümid edirəm ki, qarşıdakı oyunlarda qollarım ilə sizləri sevindirəcəyəm! Tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir!"

Qeyd edək ki, dünən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan - Slovakiya matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. M.Emreli görüşün 70-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb.

Futbol
Poqba əməliyyat olunub

Poqba əməliyyat olunub

Futbol
Azərbaycanın FIFA referiləri təyinat alıb

Azərbaycanın FIFA referiləri təyinat alıb

Futbol
Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb

Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb

Futbol
"Qəbələ" "Kəpəz"lə heç-heçə edib

"Qəbələ" "Kəpəz"lə heç-heçə edib

Futbol
İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

Futbol
Avropa Kuboku: Azərbaycan komandaları ilk məğlubiyyətini alıb

Avropa Kuboku: Azərbaycan komandaları ilk məğlubiyyətini alıb

Futbol
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

Futbol
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

Futbol
Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Futbol
“Qarabağ” “Top-5” liqalardakı komandalardan yalnız “Liverpul”dan geri qalır - ARAŞDIRMA

“Qarabağ” “Top-5” liqalardakı komandalardan yalnız “Liverpul”dan geri qalır - ARAŞDIRMA

Futbol
"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

Futbol
Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub