Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

"Qvadalaxaraya yollanacaq hər bir taekvondoçu hazırda yaxşı formadadır".

"Report"un məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev qurumun mətbuat xidmətinə açıqlamasında deyib.

O, 14 - 20 noyabrda Meksikanın Qvadalaxara şəhərində keçiriləcək dünya çempionatında ölkənin ən güclü idmançılarının iştirak edəcəyini bildirib: "Gələn il Bakıda təşkil olunacaq mundial, ardınca Paris-2024 Yay Olimpiya Oyunları öncəsi komandanın gəncləşməsi gələcək uğurların başlanğıcıdır".

Dünya çempionatına hazırlıq çərçivəsində bir neçə təlim-məşq toplanışında və turnirlərdə iştirak etdiklərini xatırladan ATF rəsmisi baş məşqçinin məhz bunun sayəsində milli komandanı müəyyənləşdirdiyini vurğulayıb: "İştirak etdiyimiz son 3 yarışa nəzər salsaq, hər birini yığmalarımız üçün uğurlu saya bilərik. Qadın və kişi taekvondoçularımız birlikdə 16 – 7 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıblar. Bu nəticələr bizə dünya çempionatı öncəsi seçim üçün çox faydalı oldu. Ən əsası mundiala perspektiv vəd edən gənc idmançılarla yollanacağıq. Onlardan Səyyad Dadaşov (54 kq) 21 yaşadək idmançılar arasında son Avropa çempionu, həmçinin açıq Niderland çempionatının bürünc medalçısıdır. Bu taekvondoçu təlim-məşq toplanışlarında da özünü yaxşı tərəfdən göstərib. 58 kq-da dünya çempionatına yollanacaq Qaşım Maqomedov kifayət qədər təcrübəlidir. O, ötən ay açıq Albaniya çempionatının qalibi adına yiyələnib. Həmidrza Sədri (63 kq) də son yarışlardan medalla qayıtdığından bu uğurlu seriyanı davam etdirəcəyinə inanırıq. Yarışlarda təcrübəli rəqibləri üzərində inamlı qələbələr qazanıb. Cavad Ağayev (68 kq) formasını xeyli yaxşılaşdırıb. Gənclər arasında Avropa və dünya çempionatında mükafatçı olub, İslam Həmrəyliyi Oyunlarında da fəxri kürsüyə qalxıb. Eltac Qafarov (74 kq) bu il böyüklərin komandasına cəlb olunmasına baxmayaraq, iştirak etdiyi yarışlardan uğurla qayıdıb. Avropa çempionatında üçüncü yeri tutub, açıq Niderland çempionatında hamıdan güclü olub. Taleh Süleymanov (87 kq) isə gənc olmasına baxmayaraq, həm Eyndhovendə, həm də Tiranada ölkəmizə qızıl medal qazandırıb. Onların hər birinin əzmkarlığı bizi sevindir. Böyük potensiala malikdirlər və biz də lazımı şans veririk ki, özlərini doğrultsunlar".

Paşayev kişilərdən ibarət yığmanın dünya çempionatına tam heyətlə deyil, 6 idmançı ilə getməsinə baxmayaraq, komandanın Meksikadan uğurla dönəcəyinə inanır.

O, qadınlardan ibarət yığmadan da uğur gözlədiyini gizlətməyib: "Düzdür, liderlərimizdən Fəridə Əzizova (67 kq) zədə səbəbindən dünya çempionatına gedə bilməyəcək. Qvadalaxaraya yollanacaq Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) son yarışlarda komandamıza medallar qazandırıblar. Hər ikisinin Meksikada uğur qazanmaq üçün yetərincə təcrübəsi var".

Dünya çempionu məşqçilər korpusunun artıq lazımı məlumatları əldə etdiyini deyib. Paşayevin sözlərinə görə, hər bir çəkidə analizlər aparılıb, idmançılarla döyüşlərin videosu izlənilməyə davam edir. O, Olimpiya idman növü olan taekvondonun dünyada gücləndiyini xatırladaraq, hər bir rəqibə ciddi yanaşdıqlarını qeyd edib. Federasiya rəsmisi təmsilçilərimizin hansısa komandadan çəkinmədiyini vurğulayıb: “Biz dünya çempionatlarından həmişə uğurla qayıtmışıq. Hazırda da gənclərdən təşkil olunan komandamız yüksək əhval-ruhiyyədədir. Dünya çempionlarımızın məhz onların yaşında Azərbaycan himnini səsləndirdiyini nəzərə alsaq, Meksikada niyə bu uğuru təkrarlamayaq?”.

Qeyd edək ki, Azərbaycan taekvondoçuları Qvadalaxaraya noyabrın 9-da yollanacaqlar.

Fərdi
Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Fərdi
Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Fərdi
Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Fərdi
BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

Fərdi
İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

İslamiada üçün mükafatların verilmə qaydasındakı dəyişikliklər idmançılara necə təsir edəcək?

Fərdi
Şəfəq Hüseynli: "Antidopinqlə bağlı çox geniş təbliğat aparılır"

Şəfəq Hüseynli: "Antidopinqlə bağlı çox geniş təbliğat aparılır"

Fərdi
"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər

"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək

Fərdi
İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

Fərdi
Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Fərdi
Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib