“Araz-Naxçıvan”ın kapitanı: Avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırıq - MÜSAHİBƏ

“Araz-Naxçıvan”ın kapitanı: Avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırıq - MÜSAHİBƏ

“Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev “Report”a müsahibə verib. Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirən 29 yaşlı yarımmüdafiəçi bu məqamla bağlı təəssüratlarını bölüşüb. Həmçinin karyerasında baş verənlərdən, hazırkı komandasının çıxışından danışan futbolçu oyunlarda azarkeş dəstəyinin yetərli olmadığını da vurğulayıb.

- Azərbaycan Premyer Liqasında 100-cü oyununuzu “Araz-Naxçıvan”ın heyətində “Turan Tovuz”a qarşı keçirdiniz. Təəssüratlarınız necədir?

- Açığı, oyundan əvvəl bu barədə heç nə bilmirdim, sonradan məlumat aldım. Düzdür, karyeramla bağlı müəyyən problemlər səbəbindən gec oldu. Buna baxmayaraq, mənim üçün sevindiricidir. Futboldan tamamilə getmişdim. Ümumiyyətlə, ailəmlə birlikdə Azərbaycanı tərk etmişdim. Ağır yol keçdim, sonradan futbola qayıtdım. Bu, mənim üçün stimul oldu.

- Karyeranız ərzində bir neçə klubda çıxış etmisiniz. Hansı sizin üçün daha maraqlı olub?

- Oynadığm hər klubun karyeramda yeri var. Ancaq daha çox “Bakı”nı qeyd edərdim. Yetişdiyim, böyüdüyüm klubdur. Futbolçu karyerama məhz “Bakı”da başlamışam. Həyatımda bu klubun yeri tam fərqlidir. “Bakı” fəaliyyətini dayandırdıqdan sonra ayrıldım və “Simurq”a getdim. Futbol həyatım keşməkeşli olub. Özüm də səhvlərə yol vermişəm. Ona görə bu yerə gəlib çatmağım özü də mənim üçün qürurvericidir.

- Futboldan bir müddət uzaq qalmağınızın əsas səbəbi nə idi? Kimlərdənsə incimişdiniz?

- Azərbaycan futbolundan nəyə görə getdiyimi bilənlər bilir. Heç kimə lazım olmayan yerdə qalmağım düzgün deyil. Ona görə də ailəmi götürüb ölkədən getmişdim. Haqqımda çox lazımsız şeylər danışırdılar. Azərbaycan futbolunda, demək olar ki, üzərimdən xətt çəkmişdilər. Psixoloji olaraq yorulmuşdum. Lakin haqlı olduğumu bilirdim. Həvəskarlar Liqasında belə oynamışam. Daha sonra I Liqaya və Premyer Liqaya gəlmişəm. Deməli, həyatada nələrisə düz etmişəm ki, bu günləri görmək mənə qismət olub. “Sabah”dan ayrıldıqdan sonra futbolu tərk etmişdim.

- “Sabah”dan da qalmaqalla ayrılmışdınız…

- Bəli, mənə hörmətsiz davranmışdılar. Əsas odur ki, bu gün hamı nəyin necə olduğunu görür. Hər kəsin gözünün qarşısındayam.

- Necə oldu ki, yenidən futbola qayıtmağa qərar verdiniz?

- Azər Bağırovun təşəbbüsü ilə qayıtdım. Gəlmək fikrim yox idi. Amma o, çox inad göstərdi. Həmçinin ailəm də qayıtmağımı çox istəyirdi. Açığı, ailəmə görə gəlmişəm. Yenidən eyni şeyləri yaşamaq fikrində deyildim. Kiməsə nəsə sübut etməyə ehtiyac yox idi. Bu ölkədə kimisə özümdən güclü bilsəm, futbol oynamazdım. Uşaqlıqdan belə xarakterim var. Sadəcə, qismət belə oldu. Şükür Allaha, indi hər şey qaydasındadır. Hədəflərimiz var, bunun üçün çalışmaq lazımdır.

- “Araz-Naxçıvan”ın Premyer Liqadakı çıxışı ilə bağlı düşüncələriniz necədir?

- Komandada bu il dəyişikliklər çox oldu. İstər yerli, istər əcnəbi olsun, mehriban kollektiv formalaşıb. İstənilən kollektiv daxilində ab-hava yaxşı olanda, bu, nəticəyə də sirayət edir. Əksi mümkün deyil. Çətinliklərin öhdəsindən komanda ruhu sayəsində gəlmək mümkündür. İşləmək, mehriban ab-havanı qorumaq lazımdır.

- “Araz-Naxçıvan”ın bu mövsüm hədəfləri nədir?

- Hədəf həmişə yüksək olmalıdır. Könül istəyər ki, avrokuboklara vəsiqə qazanaq. Bunun üçün mübarizə aparırıq. Çempionatın əvvəlidir deyə, çox danışmaq da olmur.

- Hədəf avrokuboklardır, amma “Araz-Naxçıvan” hələ də Naxçıvanda futbol oynaya bilmir…

- Bizə məlumat verilib ki, komandanın Naxçıvanda oynaması üçün işlər görülür. Hətta işlər qaydasında getsə, yanvardan sonra Naxçıvanda çıxış edəcəyik. Heç bir oyunu evdə keçirmirik, azarkeşimiz yoxdur. Ən böyük azarkeş elə özümüzük.

- Oyunlarınıza maraq göstərən yoxdur?

- Oyunlar zamanı tribunalarda az adam olur. Onlar da kimlərinsə tanışlarıdır. Fanklubumuz yoxdur, hər halda, gələnlər sağ olsunlar. Amma Naxçıvanda oynamaq başqadır. Çünki əsas azarkeşlərimiz oradadır. Maraqlanırlar, gəlib baxırlar. Futbolun marağı elə azarkeşlərdir. Məsələn, Tovuzda azarkeşlərin yaratdığı ab-hava tam başqadır. Bu amil həqiqətən önəmlidir.

- Baş məşqçi Elmar Baxşıyev komandaya hansı yenilikləri gətirib?

- Hər məşqçi kimi, Elmar müəllimin də öz oyun üslubu var. “Qəbələ”də oynatdığı futbolu hamı görüb. Top saxlamağa, kollektiv oyuna üstünlük verir. Komandanı fərdi keyfiyyətlərə arxalanaraq oynatmağı sevmir. Komanda kimi ortaya iş qoymağa çalışırıq. Bu ab-havanı qorumaq, birliyi saxlamaq da məşqçilərin işidir. Kimisə xüsusi fərqləndirməyə, böyütməyə çalışmıram. Azər müəllimin vaxtında da belə idi. Sadəcə, oyun alınmayanda bütün məsuliyyəti baş məşqçidə görürlər. İnşallah, daha da yaxşı oyun göstərərik və pozitiv fikirlər söyləyərik.

Futbol
"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

Futbol
“Qəbələ” Çexiya klubuna uduzub

“Qəbələ” Çexiya klubuna uduzub

Futbol
"Turan Tovuz" İsveçrə klubuna qalib gəlib

"Turan Tovuz" İsveçrə klubuna qalib gəlib

Futbol
UEFA İcraiyyə Komitəsinin bu il keçiriləcək ilk iclasının vaxtı bəlli olub

UEFA İcraiyyə Komitəsinin bu il keçiriləcək ilk iclasının vaxtı bəlli olub

Futbol
"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq

"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

Futbol
Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Futbol
"Çelsi"yə keçən ukraynalı futbolçu Şevçenkonu qabaqlayaraq tarixə düşüb

"Çelsi"yə keçən ukraynalı futbolçu Şevçenkonu qabaqlayaraq tarixə düşüb

Futbol
DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub

DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub

Futbol
"Sevilya" iki transferi açıqlayıb

"Sevilya" iki transferi açıqlayıb

Futbol
"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

Futbol
Azərbaycan millisinin daha bir futbolçusu zədələnib

Azərbaycan millisinin daha bir futbolçusu zədələnib