ASTF-nin baş katibi: Daha böyük turnirlərin Bakıda təşkil olunmaq ehtimalı var

ASTF-nin baş katibi: Daha böyük turnirlərin Bakıda təşkil olunmaq ehtimalı var

2026 və 2027-ci illərdə daha böyük turnirlərin Bakıda təşkil olunmaq ehtimalı var.

Bunu "Report"a açıqlamasında Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) baş katibi Könül Mikayılova Avropa Stolüstü Tennis Birliyinin (ASTB) icraçı prezidenti Pedro Migel Mouranın Bakıya səfəri ilə bağlı danışarkən deyib.

O, ASTB rəsmisinin paytaxtımıza səfərinin detallarına toxunub:

"Pedro Migel Moura Azərbaycan Stolüstü Tennis Federasiyasının dəvəti ilə Bakıya gəlib. İlk dəfə ölkəmizə səfər edib. Daha əvvəl Portuqaliya yığmasında da yer alıb, idmançı olub. Azərbaycanda stolüstü tennisin inkişafını ona göstərmək istəyirdik. O da bunu sevə-sevə qəbul etdi. Daha əvvəl Bakıda keçirilmiş beynəlxalq turnirlərdən hələ də danışıldığını vurğuladı. İlk olaraq Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət etdik. ASTB rəsmisi sonra yığmanın məşq prosesini izlədi. Qadınların çoxluq təşkil etməsi onu cəlb etdi. Bunun hər ölkədə olmadığını söylədi. Ardınca Sumqayıt şəhərində azyaşlı idmançılarla görüşdü. Oradakı şəraitlə tanış oldu".

Baş katib Azərbaycanda beynəlxalq yarışların təşkili perspektivinə də toxunub:

"Milli Gimnastika Arenasına da getdik, Atletlər Kəndi ilə də tanış etdik. Oradakı şərait çox xoşuna gəldi. Bildirdi ki, burada mütləq irimiqyaslı yarışlar təşkil etməlisiniz. Növbəti il və 2026-cı ildə Avropa turnirlərinə ev sahibliyi edə bilərik. İlk olaraq aşağı yaş qruplarından başlayacağıq. Birdə-birə yükün altına girmək istəmirik. 2026 və 2027-ci illərdə daha böyük turnirlərin Bakıda təşkil olunmaq ehtimalı var. Stolüstü tennisdə turnirlər çoxdur. Pedro Migel Moura da yarışların fərqli ölkələrdə təşkilinin tərəfdarı olduqlarını bildirdi. Azərbaycan da digər ölkə vətəndaşları üçün maraqlı olacaq. Pedro Migel Moura Azərbaycanda bu idman növünün inkişafından çox məmnun qaldığını bildirdi. Azərbaycanlı yeniyetmə və gənclər Avropa birinciliklərində medal qazana bilməsələr də, artıq ilk "8-lik"də yer alırlar. Bu həqiqətən də bizim üçün yaxşı nəticələrdir".

Futbol
Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"

Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"

Futbol
XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

Futbol
"Neftçi"nin baş məşqçisi: "İlk yarıda hesabı artırmaq üçün şanslarımız oldu"

"Neftçi"nin baş məşqçisi: "İlk yarıda hesabı artırmaq üçün şanslarımız oldu"

Futbol
"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

Futbol
Ronaldu rəqib qapıçı ilə toqquşmadan sonra ciddi xəsarət alıb

Ronaldu rəqib qapıçı ilə toqquşmadan sonra ciddi xəsarət alıb

Futbol
FIFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqlayıb

FIFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqlayıb

Futbol
"Qəbələ" Antalyadakı ilk oyununda qələbəni əldən verib

"Qəbələ" Antalyadakı ilk oyununda qələbəni əldən verib

Futbol
DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

Futbol
Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Futbol
Milli komandanın 25 futbolçusu bioloji yaş testindən keçməkdən imtina edib

Milli komandanın 25 futbolçusu bioloji yaş testindən keçməkdən imtina edib

Futbol
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

Futbol
“Sokrates kuboku”nun ilk qalibi bilinib

“Sokrates kuboku”nun ilk qalibi bilinib