Azərbaycanın U-19 millisinin baş məşqçisi: Məğlubiyyətlər üzücü olsa da, reallıqları nəzərə almaq lazımdır

Azərbaycanın U-19 millisinin baş məşqçisi: Məğlubiyyətlər üzücü olsa da, reallıqları nəzərə almaq lazımdır

Məğlubiyyətlər üzücü olsa da, reallıqları nəzərə almaq lazımdır.

Bunu “Report”a açıqlamasında Azərbaycanın U-19 millisinin baş məşqçisi Elxan Abdullayev deyib.

Mütəxəssis İspaniyanın Mursiya şəhərində baş tutan təlim-məşq toplanışı və yoxlama oyunları barədə fikirlərini bildirib:

“Üç oyun keçirdik. Güclü rəqiblər idi. Niderland millisi top-komanda sayılır. Bu yaş qrupu üzrə komandamız hələ belə güclü rəqiblərlə oynamayıb. Toplanış xoşuma gəldi. Uşaqlar gəncdirlər, futbol oynamağı öyrənirlər. Bu, onlar üçün təcrübədir. Düzdür, heç kim məğlubiyyət istəməz. Amma reallıq var, rəqiblər güclüdür. Çalışırıq, daha yaxşı olmalıyıq. Noyabrda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. Təlim-məşq toplanışına görə AFFA-ya təşəkkür etmək istərdim. Niderland, Şotlandiya kimi kollektivlərə qarşı oynamaq çox faydalı oldu. Məğlubiyyətlər üzücü olsa da, reallıqları nəzərə almaq lazımdır. Bizim də qol vurmaq imkanlarımız oldu, amma belə alındı”.

54 yaşlı məşqçi qarşılaşdığı komandalarla millimizin fərqlərindən danışıb:

“Fərqlər çox böyükdür, o uşaqlar Niderlandda “Ayaks”, “Feyenoord”, AZ, “Tvente” kimi klublarda çıxış edirlər. Şotlandiya millisinin üzvləri “Mançester Yunayted”, “Everton”, “Mançester Siti”də oynayırlar. Hər cəhətdən onlardan zəifik. “Mançester Siti”ni “Sabah”la, “Mançester Yunayted”i “Qarabağ”la müqayisə etmək olmaz. Biz uşaqları yerli klublardan götürürük".

Qeyd edək ki, İspaniya toplanışında üç yoldaşlıq matçı keçirən U-19 millisi Niderland və Uelsə 0:3, Şotlandiyaya isə 0:2 hesabı ilə məğlub olub.

Futbol
"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

Futbol
“Sokrates kuboku”nun ilk qalibi bilinib

“Sokrates kuboku”nun ilk qalibi bilinib

Futbol
Premyer Liqa: "Sabah" "Səbail"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək

Premyer Liqa: "Sabah" "Səbail"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək

Futbol
"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

"Mançester Siti", "Real Madrid" və PSJ-dən qələbə, "Yuventus" evdə uduzub

Futbol
Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Futbol
RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

Futbol
Xorvatiyalı müdafiəçi dopinqə görə futboldan kənarlaşdırılıb

Xorvatiyalı müdafiəçi dopinqə görə futboldan kənarlaşdırılıb

Futbol
Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb

Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb

Futbol
Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Futbol
"Sabah" komandası Premyer Liqada yubiley qələbəsini qazanıb

"Sabah" komandası Premyer Liqada yubiley qələbəsini qazanıb

Futbol
“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

Futbol
Azərbaycan Premyer Liqası: Tura "Neftçi"nin oyunu ilə yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Tura "Neftçi"nin oyunu ilə yekun vurulacaq